Şriftin ölçüsü :

Saytın rəngi :

Mədəniyyət

  •  

 

QƏBƏLƏ RAYON MƏDƏNİYYƏT MƏRKƏZİ HAQQINDA ÜMUMİ MƏLUMAT

                                                Qəbələ rayon Mədəniyyət Mərkəzi

            2013-cü il 01 mart tarixindən fəaliyyətə başlamışdır. Mərkəzin direktorunu Ağayev Malik Paşa oğludur.

            Mədəniyyət Mərkəzinin şəbəkəsindəki müəssisələrin ümumi sayı 30, hazırda fəaliyyətdə olan müəssisələrin sayı 15-dir.

            Mərkəzdə  İsmayıl bəy Qutqaşınlı adına Xalq Teatırı, “Zopu - Zopu etnoqrafiq folklor qrupu, “Gülüstan Folklor qrupu”, “Gülbuta folklor qrupu, “Cəngi” zurnaçılar və “Çinar” instrumental ansamblı fəaliyyət göstərir.

                                                İsmayıl Bəy Qutqaşınlı adına Xalq teatrı

            1960-cı ildə həvəskar teatr truppası kimi yaradılmışdır. 1962-ci ildə teatra Azərbaycan SSR-in Nazirlər Kabineti tərəfindən “Xalq teatrı” adı verilmişdir. Rayon mədəniyyət evində fəaliyyət göstərən dram kollektivinin xalq teatrına çevrilməsində o vaxtkı teatr institutunun məzunu, mərhum aktyor Şirin Abdullayevin böyük xidmətləri olmuşdur. Səhnə həvəskarları Pəricahan Abdullayeva, Kərim Səlimov, Kamal Osmanov, Məhəmmədiyyə İskəndərov, Əmrah Səlimov, Sirac Gəncimov, Tamilla Cəfərova, Mahiyyə Hacıyeva, Əsmayə Osmanova, Firuzə Mikayılova, Əhməd Bəkirov və başqaları öz talelərini ömürlük səhnə sənətinə bağlamışlar.

            1964-cü ildə keçirilən respublika baxışında Qəbələ (Qutqaşın) Xalq Teatrı Hüseyn Cavidin “Ana” faciəsinə və Qeybulla Rəsulovun “Rəhmə gəl, mələyim” komediyasına görə birinci dərəcəli diploma layiq görülmüşlər. 1967-ci ildə keçirilən Ümumittifaq Özfəaliyyət İncəsənət Festivalında xalq teatrı laureat adını almış, gümüş medalla təltif edilmişdir. Aktyorlardan Sirac Gəncimov, Kamal Osmanov, rejissor Şirin Abdullayev, rəssam Kərim Səlimov ümumittifaq və respublika festivallarının qızıl medallarını almış və birinci dərəcəli diplomla təltif edilmişlər.

             40-a yaxın həvəskar aktyorunun çalışmışdığı teatrda Azərbaycan və xarici ölkə dramaturqlarının əsərləri uğurla tamaşaya qoyulmuşdur. Teatrın repertuarında Cəfər Cabbarlının yaradıcılığı mühüm yer tutmuşdur. Ədibin əksər əsərləri, o cümlədən “Solğun çiçəklər”, “Aydın”, “Oqtay Eloğlu”, “Yaşar”, “Sevil”, pyesləri teatrda səhnə təcəssümünü tapmış, uzun müddət repertuardan düşməmişdir. Teatrın repertuarının ana xəttini və mündərəcəsini Azərbaycan dramaturgiyasının məşhur simaları olan Cəfər Cabbarlının, Hüseyn Cavidin, Cəlil Məmmədquluzadənin, Sabit Rəhmanın, Səid Rüstəmovun, Salam Qədirzadənin, Süleyman Ələsgərovun, Altay Məmmədovun səhnə əsərləri, Qeybulla Rəsulovun, Mirzağa Atəşin, Kamal Nemətin və digər müəlliflərin birpərdəli pyesləri ilə yanaşı dünya klassiklərinin görkəmli nümayəndələri – Villam Şekspirin, Lope de Veqanın, Fridrix Şillerin və başqalarının əsərləri təşkil etmişdir. Tamaşalarda dekorasiya, işıq, əlbisə, qrim, butaforiya işlərinin həllinə respublikanın yaradıcı təşkilatları yaxından köməklik göstərmişdir. İllər bir-birini əvəz etdikcə teatrın həvəskar kollektivləri təhsil almış, peşəkar aktyor nəsli ilə zənginləşmişdir. Onlardan Eldəniz Manafovun, Təmi Hacıyevin, Tamella Cəfərovanın, Alimə Rəhimovanın, Almas Məsimovanın, Mədinə Şöyübovanın, Malik Alcanovun, Sadəddin Abdullayevin və digərlərinin adları teatrın yaradıcılıq salnaməsinə əbədi həkk olunmuşdur.

            Teatrın fəaliyyəti 1990-cı illərin əvvəllərində tənəzzülə uğramış, 2000-ci illərin əvvəllərində Nargilə Qafarovanın mədəniyyət sahəsinə rəhbərliyindən sonra teatra yeni nəfəs gəlmiş, teatra gənc kadrlar cəlb edilmiş və yeni  tamaşalar hazırlanmışdır. 1994-2013-cü illərdə teatrın qruluşçu rejissoru Sərkərov Füzuli olmuşdur. Son illər teatrda Mirzə Fətəli Axundzadənin “Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat və Dərviş Məstəli Şah Cadükuni Məşhur” komediyasına, İsmayıl bəy Qutqaşınlının “Rəşid Bəy və Səadət xanım” hekayəsinə, Süleyman Rüstəmin “Çimnaz xanım yuxudadır” əsərinə və Kamal Nemətin "Təzə xadimə" birpərdəli pyesinə quruluş verilmişdir. Uğurlu səhnə həlli tapan tamaşalar teatrsevərlər tərəfindən böyük rəğbət hissi və maraqla qarşılanmışdır.

            Teatrın nəzdində fəaliyyət göstərən “Şəms” uşaq teatrı truppasının ifasında uşaqlar üçün “Qış nağılı”, “Tülkünün kələyi”, “Keçəlin toyu”, “Göyçək Fatma” və digər nağıl - tamaşalar səhnələşdirilmişdir.

            Hazırda Xalq teatrına quruluşçu rejissor kimi Elşən Salehov rəhbərlik edir. Tamaşalara isə peşəkar rəssam Malik Ağayev bədii tərtibat verir. Tamaşa üçün seçilmiş pyeslərin peşəkar səviyyədə səhnə təcəssümü tapması üçün kollektivin hər bir üzvü həvəslə çalışır, repertuarın zənginləşdirilməsi və yeni nailiyyətlərin əldə olunması ilə bağlı görülən yaradıcılıq işləri uğurla davam etdirilir.

            Sevindirici haldır ki, teatrın yaradıcı heyətinin sıraları günü-gündən artır. Hazırda truppada Müsavər Qasımov, Xəyal Gəncimov, Elşən Salehov, Afət Əliyeva, Firuzə Qayıblı, Nihat Cəlilzadə, Leyla Zakirova, Gündüz Mürşüdlü,Şahid Bəşirov, Bahar Qəhrəmanova, Cəhanə Əzizli ilə yanaşı, gənc aktyorlar da böyük uğurla çıxış edirlər.

            Teatr son illər Bakı şəhərində keçirilmiş Respublika Xalq teatrları festivallarında “Gəl qohum olaq”, “Qoz əhvəlatı”, “Təzə xadimə” tamaşaları ilə çıxış etmişdir.

            Eyni zamanda teatr “Eşqidir mehrabı uca göylərin”, “Qələbə”, və “Qış nağılı”, uşaqlar üçün “Göyçək Fatma və Keçəlin macarası” tamaşaları və M.F.Axundovun “Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat və Dərviş Məstəli Şah Cadükuni Məşhur” komediyası tamaşaçılara təqdim olunmaqdadır.

            2022-cü il İsmayıl bəy Qutqaşınlı adına Xalq teatrınin yaradılmasının 60 iliyi qeyd olunub. Həmin il teatr repertuarında yeniliklər edərək uşaqlar üçün “Uşaq oğruları” tamaşasını səhnələşdirmiş, həmçinin F.Axundovun “Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat və Dərviş Məstəli Şah Cadükuni Məşhur” komediyası ilə yeni quruluşda tamaşaçıların görüşünə gəlmişdir.

            2023-cü ildə  teatr  Əbdürrəhim bəy Haqverdiyevin "Dağılan tifaq" pyesi əsasında hazırlanmış eyniadlı tamaşanı səhnələşdirmişdir. Tamaşanın quruluşçu rejissoru Müsavər Qasımov, rejissor asistenti və musiqi tərtibatçısı Nihad Cəlilzadə, rəssamı Malik Ağayev olan  tamaşa rayon ictimayəti tərəfindən maraqla qarşılanıb.

                                                 Xalq yaradıcılığı və folklor qruplar

 “Gülüstan” folklor qrupu 2016-cı ildə Hacallı kənd Mədəniyyət evinin nəzdində yaradılıb.

            Qrupun bədii rəhbəri  Afət Əliyevadır (Hacallı yaradıcılıq evinin direktoru).

            Qrup yarandığı gündən etibarən qədim adət-ənənələri, qədim məişət əşyalarını, qədim tikmə əl işlərini toplamağa başladı. Bu gün yaradıcılıq evində zəngin eksponatlardan ibarət sərgi vardır.

            Qrupun ifa etdiyi qədim nəğmələr bunlardır: “Nar atdı, gül atdı”, “Adaxlının adını de”, “Tello”, “Buleyli”, “Ay dili-dili”.

            Qrup dəfələrlə televiziya çəkilişlərində olub, “Bölgələrdən paytaxta” başlığı ilə 2015-ci ildə keçirilən “Qəbələ günü”ndə çıxış etmiş və alqışlarla qarşılanmışdır.

            Qəbələ rayonunda keçirilən meydan tədbirlərində qrup hər zaman fəal iştirak edərək qədim adət-ənənələrimizi təbliğ edir.

            “Gülbuta” folklor qrupu  2016-cı ildə Qəbələ rayon Mədəniyyət Mərkəzinin nəzdində yaradılıb.

  Qrupun bədii rəhbəri  Leyla Zakirovadır (Cığatelli kənd Mədəniyyət evinin direktoru).

  Qrupun repertuarını milli adət-ənənlərimizi, qədim folklorumuzu təmsil edən ailə-məişət mövzusu təşkil edir.

  Gülbuta folklor qrupu rayonumuzda keçirilən mədəni kütləvi tədbirlərdə hər zaman zəngin repertuarı ilə çıxış etmiş, xalqımızım keçmiş adət-ənənələrini yaşatmaqda böyük rol oynamışdır.

            “Cəngi” zurnaçılar ansamblı 2010-cu ildə Nic qəsəbə Mədəniyyət evinin nəznində

fəaliyyətə başlayıb.

            Qrupun bədii rəhbəri  Gena Vəzirxoydur (Nic yaradıcılıq evininin bədii rəhbəri).

            Qrup üzvləri:

1.Ohanov Yura (Nic qəsəbə Mədəniyyət evində mədəni təşkilatçı)

  1. Vəzirxoy German (Nic qəsəbə sakini).

3.Şirvari Karen (Nic qəsəbə sakini)

              Çəngi ansamblı dəfələrlə Respublikada keçirilən azsaylı xalqların musiqi festifallarında müvəffəqiyyətlə çıxış edib.

            “Zopu-zopu” etnoqrafik folklor qrupu  1980-ci ildən Bum qəsəbə  Mədəniyyət evində fəaliyyət göstərir.

              Qrupun bədii rəhbəri  Səxavət Abulovdur (Bum qəsəbə Mədəniyyət evinin direktoru).

             Kollektivin repertuarında “Ənzəli”, “Dəvə oyunu”, “İgidlər rəqsi”, “Nehrə-nehrə oyunu”, “Disk üzərində rəqs”, “Güləmməd qaqaş” və s. kimi oyunlar vardır.

            2000-ci ildə “Zopu-Zopu” folklor kollektivinin 20 illik yubileyi təntənə ilə qeyd edilmişdir.

            Kollektiv yarandığı gündən bu günədək dəfələrlə respublika və həmçinin xarici ölkələrdə çıxışlar etmiş, medal və fəxri fərmanlarla təltif olunmuşdur.

“Çinar” instrumental ansamblı 2012-ci ildə Qəbələ rayon Mədəniyyət Mərkəzinin nəzdində yaradılıb.

            Ansamblın bədii rəhbəri Tahir Hacıyevdir. 8 nəfər üzvü var.

            Ansambl müntəzəm olaraq  rayonun mədəni-kütləvi tədbirlərində, hərbi hissələrdə konsert proqramları ilə çıxış edir.

                                                 Mədəniyyət evləri və klublar

Qəbələ Rayon Mədəniyyət Mərkəzində 9 mədəniyyət evi 7 klub fəaliyyət göstərir 

S/S

Klub müəssisəsinin adı

Dərnəklər (adları)

1

Qəbələ rayon Mədəniyyət Mərkəzi

Dram,Rəqs,Musiqi

2

Bum qəsəbə Mədəniyyət evi

Dram,musiqi

3

Nic qəsəbə Mədəniyyət evi

Musiqi

4

Böyük Pirəli kənd mədəniyyət evi

Rəsm

5

Hacıalılı kənd Mədəniyyət evi

Dram

6

Çuxur Qəbələ kənd mədəniyyət evi

Rəsm

7

Qəmərvan kənd Mədəniyyət evi

Toxuculuq

8

Zalam kənd mədəniyyət evi

Musiqi

9

Cığatelli kənd mədəniyyət evi

Dram

10

Şəhər 1 saylı klub

Dram

11

Şəhər 2 saylı klub

Rəqs

12

Əmirvan kənd klubu

Rəsm

13

Kiçik Əmili kənd klubu

Rəsm

14

Aydınqışlaq kənd klubu

Dram

15

Savalan kənd klubu

Toxuculuq

16

Yenikənd kənd klubu

Toxuculuq

                                               Mərkəzləşmiş Kitabxana Sistemləri 

Qəbələ rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində  1 Mərkəzi kitabxana, 2 Şəhər filialı, 2 qəsəbə filialı və 15 kənd kitabxana filialı fəaliyyət göstərir

S/S

Müəssisənin adı

1

Mərkəzi kitabxana

2

1 N-li Şəhər-1 k/x-filialı

3

2 N:-li Şəhər-2 k/x-sı

4

Tüntül kənd k/x filialı

5

Nic qəsəbə k/x.

6

8 N:-li Tikanlı kənd k/x fili.

7

9 N:-li Bum qəsəbə k/x fili.

8

10 N:-li Xırxatala kənd k/x fili

9

11 N:-li Zarağan k/x fili.

10

12 N-li Böyük Pirəlli kənd k/x-

11

13 N-li Mıxlıqovaq kənd k/x.

12

14 N:-li Hacallı kənd k/x fili.

13

15 N:-li Əmirvan kənd k/x fil.

14

20 N:-li Çuxur Qəbələ k/x fili.

15

22 N:-li Uludaş kənd k/x fili.

16

23 N:-li Məlikli kənd k/x fili.

17

24 N:-li Bunud kənd k/x fili.

18

25 N:-li Zalam kənd k/x fili.

19

26 N:-li Bayramkoxalı kənd k/x fi

20

Zarağan 2 məcburi köçkün şəhərciyi kənd k/x fi

                                               Qəbələ Tarix-Diyarşünaslıq Muzeyi

            Qəbələ Tarix-Diyarşünaslıq Muzeyi 1980-ci ildə yaradılmışdır. Muzeyin əsas fondunda Qəbələnin-Azərbycanın 2500 illik tarixini əks etdirən 13000 eksponat mühafizə olunur. Arxeoloji, numizmatik materiallar, xalq sənəti nümunələri, qədim əlyazma və çap kitabları xüsusilə diqqəti cəlb edir. Buradakı materiallar əsasında namizədlik və doktorluq dissertasiyaları yazılmışdır. Muzeyin İ.B Qutqaşınlının xatirə ex muzeyi filialı yaradılmışdır. Muzeydə 13 ekspozisiya zalı, fond, Ulu Öndər Heydər Əliyevin xatirə güşəsi, şəkil qalereyası, zəngin elmi kitabxanası və qədim daş abidələrdən açıq səma altında təşkil olunmuş sərgi meydançası vardır.

Muzeyin rəy kitablarında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, akademiklərdən Ziya Bünyadovun, Qara Əhmədovun, Budaq Budaqovun, Cahangir Qəhrəmanovun, sənətçilərdən Rəşid Behbudovun. Habil Əliyevin, millət vəkilllərindən Fəttah Heydərovun, Zəlimxan Yaqubun, xarici qonaqlardan Tur Heyerdalın, Oljas Süleymenovun, Əhməd Şmidenin xoş sözləri yazılmışdır.

                                               Qəbələ Rayon Heydər Əliyev Mərkəzi

            Qəbələ rayonu Heydər Əliyev Mərkəzi 02 mart 2007-ci il tarixdə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin açılışı ilə fəaliyyətə başlamışdır. Mərkəz yarandığı gündən Heydər Əliyev irsinin təbliği sahəsində məqsədyönlü işlər aparır. Mərkəz Ümummilli Lider Heydər Əliyevin həyatını və zəngin irsini öyrənmək məqsədi ilə yaradılmışdır. Mərkəzdə fəaliyyət göstərən Ekspozisiya zalı 14 bölmədən ibarətdir. Həmin bölmələrdə Ulu Öndərin həyatının müxtəlif anlarını əks etdirən 363, o cümlədən, ümumilikdə 720 eksponat cəmlənmişdir. Bunlar tarixi sənədlər, ulu öndərin irsini öyrənən kitablar və fotoşəkillərdən ibarətdir.

Heydər Əliyev Mərkəzinin rəy kitabında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin, respublikamızda akkreditə olunmuş xarici ölkə səfirlərinin, millət vəkillərinin, tanınmış yazıçı, şair və alimlərin, eləcə də şəhərimizin daxili və xarici qonaqlarının fikirləri yer almışdır.

                                   Qəbələ Dövlət Rəsm Qalereyası haqqında məlumat 

            Qəbələ Dövlət Rəsm Qalereyası 01 fevral 2016-cı il tarixindən fəailiyyətə başlayıb.

            Qalereyanın fondunda 249 eksponat mühafizə olunur. Ondan 125 əsər  əsas, 124 əsər isə köməkçi fonunda mühafizə olunur. 133 rəsm əsəri və 116   dekorativ tətbiqi sənət əsərləri var. Qalereyada tədbirlər planına əsasən sərgilər təşkil olunur. (tarixi və əlamətdar günlər daxil olunmaqla).

            Qalereyanın başqa binası olmadığı üçün  Qəbələ Rayon Mədəniyyət Mərkəzində yerləşir. Mərkəzin binasında qalereya üçün bir iş otağı, ekspozisiya zalı və fond üçün otaq ayrılmışdır.

            Sərgilər ekspozisiya zalında, mədəniyyət mərkəzinin foyesində təşkil olunur.

            Turizm mövsümü ilə əlaqədar olaraq səyyar sərgilər otel tipli müəssisələrdə, istirahət  və əyləncə mərkəzlərində təşkil edilir.

            Rəy kitabında millət vəkili  Fəttah Heydərov, Az.Respublikası Rəssamlar İttifaqının üzvü heykəltaraş Cavanşir  Dadaşov,  tanınmış aktyorlar,  eləcə də Türkiyənin, Rusiyanın, Belarusun, İsrailin və digər ölkələrin səlahiyyətli nümayəndələri qalereyanın səmərəli fəaliyyəti barədə xoş sözlər yazmışlar.

Email: tnesmiyeva@mail.ru

 

                                               Qəbələ rayon Uşaq İncəsənət Məktəbi 

S/S

Soyadı, adı, atasının
adı

İş yeri

Vəzifəsi

Telefonu

İşçilərin sayı

1

Qəndiyev Əhməd Heydər

Uşaq İncəsənət məktəbi

Direktor

050-370-56-37

70

 

            Qəbələ rayon Uşaq İncəsənət Məktəbi 1969-cu ildən fəaliyyət göstərir. Sonradan rəssamlıq və xoreoqrafiya ixtisasları açıldığına görə incəsənət məktəbi kimi fəaliyyətini  davam etdirir.Hal-hazırda məktəbdə 5 şöbə üzrə 9 ixtisas var.İxtisaslar: Fortepiano, tar, kamança, qarmon, saz, xanəndəlik, nağara,xoreoqrafiya və rəssamlıq. Məktəbdə hal-hazırda 63 müəllim çalışır. 316 şagird təhsil alır. Məktəb 2 korpus və 40 sinif otağından ibarətdir.  

Qəbələ Dövlət Tarix-Bədii Qoruğu və Qəbələ Arxeoloji Mərkəzi haqqında qısa məlumat (AMEA-təsdiqlənmiş)

            Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeçiliyində fəaliyyət göstərən Qəbələ Dövlət Tarix-Bədii Qoruğu Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə 27 mart 1976-cı ildə yaradılmışdır.

            Qoruq mədəniyyət və turizmin inkişafı üçün böyük əhəmiyyəti olan tarixi, mədəniyyət, memarlıq, etnoqrafik, arxeoloji abidələrin, tarixi hadisə və şəxsiyyətlərlə bağlı olan xatirə yerlərinin və onların əşyalarının yerləşdiyi ərazini əhatə edir.

            Qədim Qəbələ şəhərinin qalıqları Qəbələ rayon mərkəzindən təxminən 18 km cənub-qərbdə indiki Çuxur Qəbələ və Tövlə kəndləri ərazisində yerləşir. Qəbələ eramızdan əvvəl IV-III əsrlərdə yaranmış Qafqaz Albaniyasının paytaxtı olmuşdur. Qəbələ haqqında ilk yazılı məlumat eramızın I əsrinə aid Roma alimi Böyük Plininin “Təbii tarix” əsərində Kabalaka (Cabalaca)  kimi qeyd olunmuşdur. Eramızın II əsrində yaşamış Yunan alimi Klavdi Ptolomey isə  Qəbələni Xabala kimi qeyd etmişdir.

            Antik və Orta Əsrlər dövrünə aid Qəbələ şəhəri qalıqları geniş ərazini əhatə etməklə, bunlardan Qəbələ Dövlət Tarix-Bədii Qoruğu ərazisinə daxildir.

            Ərazi 3 mühüm tarixi-arxeoloji hissə bölünür:

  1. Antik Şəhər yeri (el arasında Çaqqallı, Güllü tala kimi tanınır): Ərazisi 50 ha-dır. ərazi Qaraçay və Qoçalan çayları arasında yerləşir. E.ə. IV əsrdən - eramızın I əsrinədək olan dövrdə Qəbələnin əsas mərkəzi hesab edilir. Son illər Prof. İlyas Babayevin rəhbərliyi ilə aparılmış tədqiqatlar nəticəsində məlum olmuşdur ki, Antik şəhər yeri Erkən Dəmir dövrü yaşayış yeri üzərində salınmışdır
  2. Səlbir ərazisi: Ərazisi 13 ha-dır. Qaraçay və Covurlu çayları arasında hündür yayladan ibarətdir. Eramızın I əsrindən - XII əsrədək olan dövrü əhatə edir. Son illər aparılan arxeoloji tədqiqatlar nəticəsində məlum olmuşdur ki, Səlbirin cənub və cənub-qərb hissələrində eramızın XV əsrinə qədər yaşayış olmuşdur.
  3. Qala ərazisi: Ərazisi 12 ha-dır. Qaraçay və Covurlu çayları arasında hündür yayladan ibarətdir. Eramızın I əsrindən – XVIII əsrədək olan dövrü əhatə edir.

Səlbir və Qala əraziləri bir yayladan ibarət olmaqla, eramızın XI əsrində xəndək vasitəsilə iki hissəyə ayrılmışdır.

            Ümumilikdə Qoruq 420 hektar ərazini əhatə edir ki, bura yuxarıda qeyd olunan sahələrdən əlavə Şəhidlər, Kamal təpə, Xurşid təpə və digər arxeoloji ərazilər daxildir.

Bu tarixi ərazilərdə ilk arxeoloji qazıntılar kəşfiyyat xarakterli olaraq 1926-cı ildə arxeoloq Davud Şərifovun rəhbərliyi altında aparılmışdır. 1944-1945-cı illərdə arxeoloji qazıntılar yenidən kəşfiyyat xarakterli olaraq arxeoloq Saleh Qazıyev tərəfindən davam etdirilmişdir. 1959-cu ildə Azərbaycan SSRİ Elmlər Akademiyası tərəfindən Saleh Qazıyevin rəhbərliyi altında Qəbələ arxeoloji ekspedisiyası yaradılmışdır. 1990-cı ilədək arxeoloji ekspedisiyanın tərkibində arxeoloq Saleh Qazıyev, Firudin Qədirov, Qara Əhmədov, İlyas Babayev, Qafar Cəbiyev və digər arxeoloqlar Qoruq ərazisində arxeoloji qazıntı işləri aparmışdır.

            15 illik fasilədən sonra 2005-ci ildən Qoruq ərazisində SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının təşəbbüsü, təşkilatçılığı və maliyyə dəstəyi ilə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloqları, 2009-cu ildən isə Cənubi Koreyadan olan arxeoloqlar Qoruq ərazisində arxeoloji qazıntılar apararaq birgə fəaliyyət göstərir. Son illər Prof. Qafar Cəbiyev tərəfindən Qala ərazisində geniş arxeoloji tədqiqatlar aparılmış, müxtəlif mədəni təbəqələrə aid tikili qalıqları və istehsalat ocaqları müəyyən edilmişdir. Bundan əlavə Prof. İlyas Babayev tərəfindən Antik şəhər yerində oval planlı yeni bina qalıqları aşkar edilərək bu tip tikililərin sayı 5-ə çatdırılmışdır. 2018-2019-cu illər ərzində t.ü.f.d. Ceyhun Eminlinin rəhbərliyi ilə “Antik və İlk orta əsrlər Qəbələ Arxeoloji ekspedisiyası” tərəfindən Səlbir ərazisində, həmçinin Qoruq ərazi xaricində Antik dövrə aid qəbir abidələri və yaşayış yerləri tədqiq olunmuşdur. Azərbaycan-Koreya Beynəlxalq Arxeoloji Ekspedisiya tərəfindən Səlbir ərazisində Şimal müdafiə divarı, Qərb müdafiə divarı və müxtəlif tikili qalıqları da tədqiq edilmişdir.

            Qoruq ərazisində aparılmış arxeoloji qazıntıların üzəri konservasiya olunmuş (ümumilikdə 4000 m/kv-dən artıq qazıntı sahəsi), məlumat lövhələri və göstərici nişanlar quraşdırılmış, Qoruğun yaxınlığında müasir tələblərə cavab verən Qəbələ Arxeoloji Mərkəzi tikilib istifadəyə verilmişdir.

            2014-cü il sentyabrın 22-də ölkə başçısı cənab İlham Əliyev Qəbələyə səfəri zamanı Qəbələ Arxeoloji Mərkəzin rəsmi açılışını etmiş, mərkəzlə tanış olaraq belə bir mərkəzin yaradılmasını yüksək qiymətləndirmişdir. Arxeoloji mərkəz iki sərgi salonu (muzey), bərpa laboratoriyası, konfrans zalı, kitabxana, arxeoloji fond və s. ibarətdir. Burada həmçinin Qəbələ Dövlət Tarix-Bədii Qoruğunun işçiləri üçün müasir tələblərə cavab verən iş otaqları yaradılmışdır. Ərazidə aparılan Arxeoloji qazıntılar zamanı aşkar olunan tarixi, maddi və mədəniyyət nümunələri qeydiyyata alınaraq Arxeoloji mərkəzin fonduna təhvil verilir, sərgi salonunda qazıntılar zamanı aşkar olunan tapıntılar bura gələn ziyarətçilərə nümayiş etdirilir. Qazıntının nəticələri dövrü olaraq SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının təşəbbüsü, təşkilatçılığı, iştirakı və maliyyə dəstəyi ilə Azərbaycan və ingilis dillərində nəşr edilir.

            Bundan başqa Azərbaycanın xalq tədbiqi sənətinin təbliği, ağac üzərində oyma, dulusçuluq və bərpaçılıq sənətinin qorunub saxlanılması, ziyarətçilərə bu barədə Azərbaycan, rus və ingilis dillərində məlumat verilməsi istiqamətində də müəyyən işlər görülmüşdür. Azərbaycan mənşəli eksponatların məxsusluğunun sübutu və qorunaraq gələcək nəsilə çatdırılması, həmçinin metodoloji vəsait kimi istifadə edilməsi üçün SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası İctimai Birliyinin təşkilatçılığı və maliyyə dəstəyi ilə “Qəbələ etnoqrafik ekspedisiyası”nın fəaliyyətinin nəticəsi olan “Qəbələ tarixi”, “Qəbələ etnoqrafiyası” və “Qəbələ folkloru” başlığı altında Azərbaycan, rus və ingilis dillərində 3 ciltdən ibarət olan kitab toplusu “TEAS Press” nəşriyyat evi tərəfindən Bakıda və İstanbulda nəşr olunaraq oxuculara təqdim olunmuşdur.

Qoruğa gələn turist və qonaqlar qoruq ərazisi, ərazidə aparılmış arxeoloji qazıntı işləri və Qəbələ Arxeoloji Mərkəzində sərgilənən materiallarla yaxından tanış edilir, onlara ətraflı məlumat verilir. Qonaqlara Azərbaycan, rus və ingilis dillərində ekskursiya xidməti göstərilir, həmçinin onlara Qoruq haqqında məlumatları özündə əks etdirən buklet və məlumat kitabçaları hədiyyə edilir.                                 

 

Qəbələ rayonu ərazisində dövlət qeydiyyatına götürülmüş abidələrin faktiki siyahısı - 89

         

S/s

Asi

Abidənin adı

Tarixi

Ünvan

         

Dünya əhəmiyyətli arxeoloji abidələr

1

54.

Qədim Qəbələ şəhəri, Səlbir qala

antik dövr-orta əsrlər

Qəbələ  rayonu

         

2

289.

Alban məbədi

IV—VIII əsrlər

Kiçik Əmili kəndi

3

290.

Türbələr kompleksi:

   

4

291.

Şeyx Bədrəddin türbəsi

1446-cı il

Həzrə kəndi

5

292.

Şeyx Mansur türbəsi

XVI əsr

Həzrə kəndi

6

293.

Şeyx Məhəmməd türbəsi

XV əsr

Həzrə kəndi

7

294.

Türbə

XVI əsr

Həzrə kəndi

8

295.*

Qala

VI—IX əsrlər

Vəndam kəndi

9

296.*

Qala

IX—XV əsrlər

Nic kəndi

         

Ölkə əhəmiyyətli arxeoloji abidələr

10

1293.

Kamaltəpə

IX—XVIII əsrlər

Qəbələ şəhər darvazasından 50m. cənubda

11

1294.

Çuxur Qəbələ yaşayış yeri

IX—XVIII əsrlər

Qəbələ qalasının qabağında, Kamaltəpənin cənub hissəsində

12

1296.

Kurqan

ilk tunc dövrü

Hacıalılı kəndindən 5 km. şimal-qərbdə

13

1297.

Kilsədağ məbədi

ilk orta əsrlər

Hacıalılı kəndinin şimal-şərqində

14

1298.

Yalovlutəpə qəbiristanlığı

antik dövrü

Nic qəsəbəsi

15

1299.

“Qaçaq evləri” tikintisi

IX—XIX əsrlər

Savalan kəndi

16

1300.

Kolatan

IX—XIV əsrlər

Savalan kəndindən 5 km. cənubda, Savalan dağında

17

1301.

Bulaqlı dərə yaşayış yeri

III—VIII əsrlər

Savalan kəndindən 2 km. şimal-şərqdə

18

1302.

Qaraul təpə

e.ə. V əsr—e. X əsr

Savalan kəndi, Savalan dağının cənubunda

19

1303.

Pirəşərif qala

IX—XIV əsrlər

Dizaxlı kəndi

20

1304.

Torpaq kurqanı

e.ə. I minillik

Dizaxlı kəndindən 500 m. şimal-şərqdə

21

1305.

Daş kurqanı

tunc dövrü

Dizaxlı kəndindən şimalda

22

1306

Qala

VI-IX əsrlər

Vəndam qəsəbəsi

23

1307.

Daşmir yaşayış yeri

III—IX əsrlər

Vəndam kəndindən 5 km. şimala, Keçəltəpə və Cındağ dağları arasında

24

1308.

Qala

IX—XIV əsrlər

Nic kəndi

25

1309

Yaloylutəpə nekropolu

antik dövrü

Nic qəsəbəsinin cənub şərqində

26

1310.

Gavur qalası

IX—XIV əsrlər

Bum Qəsəbə

27

1311.

Axıtəpə yaşayış yeri

V—XIV əsrlər

Bum qəsəbəsindən 500 m. şimal -şərqdə, Günadağın qərb ətəyində

28

1312.

Nekropol

e.ə. IV əsr və e. I əsr

Şəfili kəndi

29

1313.

Daxaltəpə

I—XI əsrlər

Şəfili kəndindən 1 km. cənubda

30

1314.

Torpaq kurqanı

e.ə. I minilliyin əvvəli

Şəfili kəndindən 1 km. şimalda

31

1315.

Türbə

XVIII əsr

Şəfili kəndindən 1 km. şimalda

32

1316.

Yaşayış yeri və qəbiristanlıq

antik dövrü

Əmirvan kəndi, fermanın ərazisində

33

1317.

Bəylər kənd xarabalıqları

IX—XVIII əsrlər

Əmirvan-Yengicə kəndlərinin arasında

34

1318.

Dairəvi kilsənin xarabalıqları

VIII—XVI əsrlər

Böyük Əmili kəndindən 3 km. şimal-qərbdə

35

1319.

Torpaq kurqanı

e.ə. I minillik

Böyük Əmili kəndinin şərqində

36

1320.

Yedditəpə yaşayış yeri

V—VIII əsrlər

Bayramkoxalı kəndindən 3 km. şimalda

37

1321.

Ustacan qalası

IX—XIV əsrlər

Bayramkoxalı kəndindən cənub - şərqdə

38

1322.

Ustacan təpəsi

V—VIII əsrlər

Bayramkoxalı kəndindən 10 km. cənub-şərqdə, Göyçay və Yeleyən dərələrinin arası

39

1323.

Xırmantəpə yaşayış yeri

IX—XIV əsrlər

Bayramkoxalı kəndindən şərqdə, Göyçay dərəsinin qərb tərəfində

40

1324.

Xəzrə taxta piri

XI—XVIII əsrlər

Bayramkoxalı kəndindən 3 km. şimal-şərqdə

41

1325.

Kələş qala yeri

V—XI əsrlər

Sileyli kəndinin   cənub tərəfində

42

1326.

Bucaq yeri

IX—XIV əsrlər

Siləyli kəndi

43

1327.

Daş kurqanı

tunc dövrü

Siləyli kəndi

44

1328.

Qaladam

VI—XIV əsrlər

Qəmərvan kəndindən 4km. şimalda, dağın başında

45

1329.

Surxay qalası

IX—XIV əsrlər

Türyançay və Göyçay dərələrinin arasında, Surxayxan dağı başında

46

1330.

Şıhitəpə yaşayış yeri

IX—XIV əsrlər

Türyançay və Göyçay dərələrinin arasında, Surxayxan dağı başında, Şihitəpə ərazisində

47

1331.

Qaçaq evi yaşayış yeri

IX—XIV əsrlər

Qaraçay və Türyançay qovşağında

48

1332.

Çaxçaxlı yaşayış yeri

IX—XIV əsrlər

Yengicə kəndindən 1km. cənub- qərbdə

49

1333.

Bayramkoxa qalası

ilk orta əsrlər

Zalam kəndindən şərqdə

50

1334.

Qızlar qalası

IX—XIV əsrlər

Zalam kəndindən 3 km. şərqdə

51

1335.

Xarabakənd yeri

XI—XVIII əsrlər

Məmmədağalı kəndindən 2 km. cənub- qərbdə

52

1336.

Qala

ilk orta əsrlər

Kürd kəndindən 3 km. cənub - qərbdə

53

1337.

Ağcəburun yaşayış yeri

IX—XIV əsrlər

Kürd kəndindən 3 km. cənub qərbdə

54

1338.

Küp qəbirləri nekropolu

e.ə. II—I əsrlər e. I—II əsrlər

Yenikənd kəndinin yaxınlığında Qaraçay çayın qərbində

55

1339.

Seyidtala yaşayış yeri

e.ə. IV—I əsrlər

Kiçik Pirəli kəndindən 5 km. cənubda. Qəbələ şəhərgahından  4 km. aralı

56

1340.

Qafarlı yaşayış yeri

IX—XIV əsrlər

Kiçik Pirəli kəndindən 3 km. cənubda Qafarlı ərazisində

57

1341.

Qaratəpə

e.ə I minilliyin əvvəli

Sarıhacılı kəndindən 1km. cənub- şərqdə

58

1342.

Kəbir mıx yaşayış yeri

V—VIII əsrlər

Tövlə kəndindən 2 km. şimal-şərqdə

59

1343.

Torpaqtəpə yaşayış yeri

e.ə. I minilliyin əvvəli

Tövlə kəndindən 500 m. cənubda

60

1344.

Qəbələ şəhərində məbəd sahəsi

antik dövrü

Tövlə kəndindən 3 km. cənubda

61

1345.*

Azaxlı kurqanı

tunc dövrü

Azaxlı kəndi

         

Yerli əhəmiyyətli memarlıq abidələri

62

4582.

“Mirzəli evi” yaşayış evi

 

Vəndam kəndi

63

4583.

Cümə məscidi

1899-1906-cı illər

Qəbələ şəhəri, Nizami küç., 1

64

4584.

Qala (qədim müdafiə qalası)

IX—XIII əsrlər

Qəbələ şəhəri, Nizami küç., 18

65

4585.

Türbə

XIII—XIX əsrlər

Qəbələ şəhəri, böyük qəbiristanlıqda

66

4586.

İmam Baba türbəsi

XIII—XIX əsrlər

Qəbələ şəhəri, qəbiristanlıqda

67

4587.

Səkkizguşəli məscid

XIX əsr

Qəbələ şəhəri, Vahid Qəhrəmanov

68

4588.

Məscid

XIX əsr

Bum  kəndi

69

4589.

Məscid

XIX əsr

Bum kəndi

70

4590.

Üçmərtəbəli yaşayış evi

XIX əsr

Dizaxlı kəndi

         

Yerli əhəmiyyətli bağ-park, monumental və xatirə abidələri

71

5657.*

İsmayılbəy Qutqaşınlının xatirə muzeyi

 

Qəbələ şəhəri

72

5658.*

İsmayılbəy Qutqaşınlının qəbirüstü abidəsi

 

Qəbələ rayonu, Çuxur Qəbələ kəndi

         

Yerli əhəmiyyətli arxeoloji abidələr

73

5857.

Böyük qəbiristanlıq

XVIII—XX əsrlər

Qəbələ  şəhəri

74

5858

Şəhidlər qəbirstanlığı

Son orta əsrlər

Çuxurqəbələ kəndindən 2 km şərqdə

75

5859.

Köhnə qəbiristanlıq

orta əsrlər

Həzrə kəndi

76

5860.

Daşmir qəbiristanlığı

son orta əsrlər

Vəndam  kəndindən  3 km  şərqdə

77

5861.

Şəhərgah

orta əsrlər

Vəndam kəndindən 4 km şimal-şərqdə

78

5862.

Gavur sandıq

orta əsrlər

Vəndam  kəndi

79

5863.

Köhnə qəbiristanlıq

son orta əsrlər

Vəndam  kəndi

80

5864.

Ulupir, Davudçökən və Uzunxe qəbirləri

orta əsrlər

Əmirvan  kəndindən  şimal-şərqdə,

81

5865.

Gavursandıq yaşayış yeri

XIX əsr

Əmirvan  kəndindən  3  km  şimal-qərbdə

82

5866.

Maşanlı mağarası yaşayış yeri

orta əsrlər

Bayramkoxalı  kəndinin  cənub-şərq  tərəfində

83

5867.

Daşkəsən yaşayış yeri

son orta əsrlər

Yengijə  kəndindən  cənub-şərqdə

84

5868.

Palıdlı qoşun

son orta əsrlər

Solqujə  kəndindən  1  km  şimalda

85

5869.

Gavursandıq

orta əsrlər

Kiçik  Pirəli  kəndindən  500 m  cənubda

86

5870.

Şıxbaba qəbiristanlığı

XVI—XX əsrlər

Həmzəli  kəndi

87

5871.

Təsərrüfat sahəsi

orta əsrlər

Tövlə  kəndindən  cənub-qərbdə

88

5872.

Kömürdağ piri

orta əsrlər

Kömürdağ dağının başında

         

Dekorativ-tətbiqi sənət nümunələri

89

6165.

Sənduqə-ərəb yazısı ilə

XVI əsr

Həzrə kəndi

90

6166.

Sənduqə-ərəb yazısı ilə

XVI əsr

Həzrə kəndi

91

6167.

Sənduqə-ərəb yazısı ilə

XVI əsr

Həzrə kəndi

92

6168.

Sənduqə

XVI əsr

Həzrə kəndi

 

Qəbələ rayonunda yeni aşkar edilmiş abidələrin siyahısı

S/N

Abidənin adı

Tarixi

Yerləşdiyi ünvan

 Memarlıq abidələri

1

Müqəddəs Yelisey adına Cotari kilsəsi

XVIII əsr

Nic qəsəbəsi

2

Göyün məbədi

XIX əsr

Nic qəsəbəsi

3

"Daşbulaq" bulağı

X-XII əsrlər

Nic qəsəbəsi, Daşbulaq məhəlləsi

4

«Əfruz» qalası

XVI əsr

Nic qəsəbəsi

5

«Badalov»un evi

XIX əsr

Nic qəsəbəsi, Məlikli məhəlləsi

6

"Usub"un evi

XIX əsr

Nic qəsəbəsi, Abdulla məhəlləsi

7

"Osmanxoy" darvaza yaşayış evi

XVIII əsr

Nic qəsəbəsi, Dərəvaz məhəlləsi

8

Cahangir bəyin evi

XIX əsr

Bum qəsəbəsi

9

Bulun məbədi

XVII-XIX əsrlər

Nic qəsəbəsi

10

Tosih məbədi

XII-XV əsrlər

Nic qəsəbəsindən 2 km cənubda (Oğuz rayonunda)

11

“Anapat” məbədi

XII əsr

Nic qəsəbəsi, Tosih sahəsi

Bağ-park, monumental və xatirə abidələri

12

Heydər Əliyevin abidə kompleksi

2003-cü il

Qəbələ şəhəri, H.Əliyev parkı

 Arxeoloji abidələr

13

Bayır-şəhər

orta əsrlər

Çuxur Qəbələ kəndi

14

Uzuntala yaşayış yeri

orta əsrlər

Çuxur Qəbələ kəndi

15

Kəhriz

orta əsrlər

Çuxur Qəbələ kəndi

 

 

Переходы