Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ Konserv zavodu

Dağlar qoynunda yerləşən qədim Qəbələ şəhəri Azərbaycanın cənnət guşələrindən biridir. Qəbələ özünün təkcə zəngin tarixi ilə deyil, həm də bərəkətli torpaqları, füsunkar təbiəti və bol məhsullu meyvə bağları ilə də məşhurdur.
Bu gün böyükdən-kiçiyə hamının yaxşı tanıdığı “JALƏ” və “ЗОЛОТОЙ САД” şirələri də məhz burada - Qəbələ Konserv Zavodunda istehsal edilir. Cənubi Qafqaz regionunda istehsal gücünə görə ən iri meyvə emalı müəssisəsi olan Qəbələ Konserv Zavodu hələ çox gənc olmasına baxmayaraq, artıq dünya standartlarına cavab verən dadlı-ləzzətli məhsulları ilə Azərbaycan bazarında liderliyi ələ almışdır.  13 hektarlıq ərazidə yerləşən, ildə 70 000 ton meyvə emal etmək və 210 000 ton meyvə şirəsi istehsal etmək  gücünə malik olan Qəbələ Konserv Zavodu, Avropada istehsal edilmiş ən müasir avadanlıqlarla təchiz edilmişdir. İtaliyadan, Türkiyədən, Rusiyadan dəvət edilən mütəxəssislər bu avadanlığın istismarında, eləcə də yerli ixtisaslı kadrların hazırlanmasında yaxından iştirak edirlər.

Təsadüfi deyil ki, artıq bu gün Qəbələ Konserv Zavodu istehsal etdiyi təbii meyvə şirələri və  eləcə də meyvə şirələri istehsalı üçün əsas xammal olan konsentrat və pürelər yalnız Azərbaycan məkanında deyil, həmçinin Rusiya, Ukrayna, Belarus, Qazaxıstan, Baltikyanı respublikalarda, hətta Amerika və Avropa dövlətlərində satılır.

Bütün beynəlxalq keyfiyyət sertifikatlarına malik olan məhsullarımızın istehsalında başlıca prınsiplərdən biri də məhz, bərəkətli Azərbaycan torpağında yetişən yerli xammaldan  istifadədir. Bu məqsədlə Qəbələ Konserv Zavodu yerli fermerlərin köməyi ilə ölkənin bütün regionlarından meyvə və tərəvəz məhsulları tədarük edir. On minlərlə həmvətənlimiz bizim sifariş verdiyimiz meyvə və tərəvəzin becərilməsi ilə məşğuldur ki, bu da Respublikada kənd təsərrüfatının inkişafına müsbət təsir göstərir.

Məhsullarımızı respublikanın bütün şəhər və rayonlarını əhatə edən distribüter  şəbəkəsi vasitəsi ilə ticarət müəssisələrinə çatdırırıq ki, bu da əhali üçün yüzlərlə yeni iş yeri deməkdir. Zavodumuz durmadan yeniləşir, genişlənir. Yeni istehsal sahələri tikilir, məhsullarımızın çeşidı artır.

Məqsədimiz: Xalqımızı yüksək keyfiyyətli, ekoloji cəhətdən təmiz , təbii məhsullarla təmin etmək və Azərbaycan malını dünya bazarında tanıtmaqdır.

Missiyamız: Ekoloji cəhətdən təmiz , təbii məhsul istehsalçıları arasında lider müəssisə olmaqdır.

Korporativ dəyərlərimiz:
Liderlik-biz hər yerdə birinciyik;
Peşəkarlıq-biz işimizin ustasıyıq;
Keyfiyyət- biz gələcək nəslin sağlamlığını bu gün qoruyuruq;
Maliyyə sabitliyi-bizim qazancımız dövlətin qazancıdır;
İnnovasiyalar-biz həmişə yeniliyin, tərəqqinin tərəfdarıyıq.
İstehsal gücünə görə Cənubi Qafqaz regionunda ön sıralarda olan Gilan Qəbələ Konserv Zavodu istehsal etdiyi, təbii meyvə şirə, nektar və konsentrat məhsulları ekoloji saf və təmiz, 100% təbii, gözəl qablaşdırma, orjinal dizayn, çeşid bolluğu ilə seçilir. 
İl ərzində 700 000 ton meyvə emalı,  210 000 ton meyvə şirə və nektarı istehsalı gücünə malik Qəbələ Konserv Zavodunun məhsulları 100% təbiiliyinə, qatqısız və konsenrvantsız hazırlanmağına tam zəmanət verir.
Bunun təsdiqi olaraq Gilan Qəbələ Konserv Zavodunun fəaliyyəti dövründə aldığı ISO 9001:2008, ISO 22000:2005, ISO 1401:2004, HACCP, IOAS,  Koşeri və UKAS keyfiyyət və keyfiyyətə nəzarət sertifikatlarını göstərmək olar. 100-ə qədər müxtəlif növ və çeşid mallar istehsal edən Gilan Qəbələ Konserv Zavodu aparıcı məhsulları – bu gün artıq beynəlxalq brendə çevrilmiş “Jalə” və “Золотой Сад” təbii meyvə şirələridir.
Gilan Qəbələ Konserv Zavodun iş prinsipi xammal – meyvə və tərəvəz kimi məhsulların qəbulundan başlayaraq qablaşdırmaya qədər mövçud olan bütün prosesləri əhatə edir.

Əsas istehsal bölmələri aşağıdakılardan ibarətdir:

   Meyvə şirəsi və nektar istehsalı;

   Pürə və konsentrat istehsalı;

   Meyvə dilimləri  konservlərinin istehsalı.

“Jalə” və “Золотой Сад” – Albalı, Alma, Ananas, Armud, Banan, Böyürtkən, Çaytikanı, Çiyələk, Ərik, Feyxoa, Gavalı, Göyəm, Heyva, Nar, Manqo, Portağal, Qara Qarağat, Şaftalı, Tomat, Üzüm, Zoğal və Multivitamin  çeşidləri ilə 100% təbiiliyini qorumuş təbii meyvə şirə və nektar kimi məhsulları sizə bəxş edir. 

Gilan Qəbələ Konserv Zavodunun əsas aparıcı qolu olan təbii meyvə şirələri və  nektar məhsulların hazırlanması 7 istehsal xətti üzrə gedir.
2 istehsal xəttində şüşə qablaşdırma, 5 istehsal xəttində isə məhsullar Tetra Pak qablaşdırma ilə istehsal olunur.
Ən son texnologiya ilə təhciz olunmuş Gilan Qəbələ Konserv Zavodunun laboratoriyası məhsulların yüksək keyfiyyətinə və istehsalı prosesinə nəzarət edir. Laboratoriya şəraitində aparılmış təhlil və çıxarışlar istehsal olunmuş məhsulların 100% təbii, qatqısız, konservantsız olduğuna tam zəmanət verir.

Konserv Zavodunun istehsal gücünü və məhsul müxtəlifliyini artırmaq üçün yeni layihələr hazırlanır və daha müasir avadanlıqlar quraşdırılır. Zavodumuz daim yenilənir və genişlənir. Yeni istehsal sahələri tikilir, məhsullarımızın çeşidı atırılır. Bu gün Gilan Qəbələ Konserv Zavodu fəaliyyətinin qısa müddəti ərzində dünyada analoqu olmayan inkişaf qrafikini göstərir.  Ünvan:

Azərbaycan, Qəbələ şəhəri,
AZ 3600, E. Kərimov küçəsi 34
Telefon:
+ (994) 12 511-67-16

Keçidlər