Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

"Kapital Bank"ın yenilənmiş Qəbələ filialı istifadəyə verilib.

25 oktyabr 2016 | 16:00

Kapital Bank filial şəbəkəsinin transformasiyası layihəsi çərçivəsində Qəbələ filialının yenilənmiş ofisi istifadəyə verilib.
Yeni konsepsiya əsasında təmir edilən filial Qəbələ şəhəri, İ. Qutqaşınlı küçəsi, 50 ünvanında yerləşir. Artıq Qəbələ şəhəri və ətraf qəsəbələrin sakinləri yeni filialda müasir bank xidmətlərindən istifadə edə bilərlər. Kapital Bank-ın yeni konsepsiya əsasında təmir edilən Qəbələ filialı, müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair bank xidmətlərini təklif edir. Yeni filial müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri şəraitə və imkanlara malikdir.

Keçidlər