Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Yeniyetmələr arasında sərbəst güləş üzrə zona yarışı keçirilmişdir.

20 oktyabr 2016 | 16:00

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə İdman Məktəblərinin VIII Respublika Oyunlarının proqramına daxil olan sərbəst güləş üzrə 2004-2005-ci il təvəllüdlü yeniyetmələr arasında zona yarışları keçirilmişdir. Yarışın keçirilməsində məqsəd respublikada sərbəst güləş idman növünün inkişaf etdirilməsi, yeniyetmələrə sağlam həyat tərzinin aşılanması, respublikanın bölgələrində bədən tərbiyəsi və idmanın daha da inkişaf etdirilməsi və təbliğ olunması, həmçinin yeniyetmələrin idman ustalıqlarının artırılması, yığma komandalara namizədlərin hazırlanması və Olimpiya İdman Komplekslərindən səmərəli istifadə edilməsindən ibarətdir. Yarışda UGİM, cəmiyyət, klub və Olimpiya İdman Komplekslərinin komandaları iştirak etmişlər. Yarışlar şəxsi xarakter daşıyır. Ölkə birinciliyinin zona mərhələsində respublikanın 17 şəhər və rayonundan 150-dək güləşçi 16 çəki dərəcəsində mübarizə aparmışdır. Yarışın yekun nəticəsinə əsasən hər çəki dərəcəsində I, II və III yeri tutmuş güləşçilər Balakən rayonunda keçiriləcək final mərhələsinə lisenziya qazanmışlar. Yarışda Qəbələ rayonunu təmsil edən idmançılardan Əmrah Şəfiyev, Arzu Veysəlov, Rəvan Əliyarov və İsmayıl Əliyarov müvafiq yerləri tutaraq finala vəsiqə əldə etmişlər. 

Keçidlər