Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Müstəqilliyimiz əbədi və dönməzdir.

18 oktyabr 2016 | 16:00

Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin 25-ci ildönümü münasibətilə Qəbələ Mədəniyyət Mərkəzində ümumrayon tədbiri keçirilmişdir. Tədbiri giriş sözü ilə rayon icra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri – başçının müavini Ətayə Osmanova açmış, müstəqilliyimizin 25 illiyi ilə əlaqədar məruzə etmişdir. Natiq bildirimişdir ki, Azərbaycan Respublikasının Ali soveti Azərbaycanın Dövlət Müstəqilliyi haqqında Konstitusiya aktını 1991-ci ilin oktyabrın 18-də qəbul etmişdir. Müstəqilliyimizin ilk illəri çox qanlı-qadalı keçmişdir. Ancaq ümumilli liderimiz Heydər Əliyevin 1993-cü ilin iyun ayında ölkəmizdə hakimiyyətə gəlişindən sonra vətənimiz əsil müstəqilliyinə qovuşdu. Dahi rəhbərin 1993-cü ildən 2003-cü ilədək 10 il müddətində apardığı məqsədyönlü, uzaqgörən daxili və xarici siyasəti nəticəsində Azərbaycanın müstəqilliyi əbədi, dönməz və sarsılmaz oldu.
Ulu öndərin layiqli varisi möhtərəm Prezidentimiz İlham Əliyevin dahi rəhbərin siyasətini uğurla, yaradıcılıqla ardıcıl davam etdirməsi sayəsində Azərbaycan bu gün beynəlxalq aləmdə nüfuz qazanmış, güclü dövlətə çevrilmişdir.
Bayram tədbirinin bədii hissəsi ulu öndərin vaxtilə səsləndirdiyi Səməd Vurğunun “Azərbaycan” şeirindən bir bəndinin səs yazısı ilə başladı. Qəlblər riqqətə gətirən “Koroğlu” operasının uverturası səsləndi. Bayram tədibiri rəngarəng musiqi nömrələri ilə davam etdi.

Keçidlər