Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

FHN-in şimal-qərb zonasında yerləşən qurumlarının iştirakı ilə komanda-qərargah təlimi keçirilmişdir.

13 oktyabr 2016 | 16:00

Fövqəladə Hallar Nazirliyi Şimal-qərb Regional Mərkəzi və nazirliyin regionda yerləşən digər qurumlarının, habelə aidiyyəti yerli icra hakimiyyəti orqanlarının qüvvələrinin iştirakı ilə 12-13 oktyabr 2016-cı il tarixində Qəbələ rayon ərazisində komanda-qərargah təlimi keçirilmişdir.Komanda-qərargah təliminə fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev rəhbərlik etmişdir.Təlimin keçirilməsində əsas məqsəd komandir-rəis heyətinin fövqəladə hal nəticəsində yaranmış vəziyyətin operativ qiymətləndirilməsi, idarəetmə və fəaliyyətin təşkili sahəsində təcrübələrinin daha da artırılması, şəxsi heyətin peşəkar vərdişlərinin gücləndirilməsi, aidiyyəti yerli icra hakimiyyəti orqanları və FHN-in qurumları arasında qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsi olmuşdur.FHN-in 640 nəfərlik şəxsi heyəti və 110 ədəd texnikasının cəlb olunduğu təlim taktiki cəhətdən mürəkkəb ərazidə və əlverişsiz hava şəraitində keçirilmiş, qarşıya qoyulan tapşırıqlar uğurla yerinə yetirilmişdir.Təlimi Avstriya Respublikası Federal Daxili İşlər Nazirliyinin yanğın üzrə ekspertləri və dağ alpinizmi üzrə mütəxəssisləri izləmişdir.Təlimdən sonra nazir müavini Etibar Mirzəyev avstriyalı mütəxəssislərlə görüşmüş, həmçinin, komanda-qərargah təliminin yekunları ilə bağlı müşavirə keçirmişdir.

Keçidlər