Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə 36 abituriyent qəbul imtahanlarında 600-dən çox bal toplayıb.

31 avqust 2016 | 16:00

Bu il Qəbələ rayonunun orta ümumtəhsil məktəblərini bitirən məzunlar ali məktəblərə qəbul imtahanlarında yüksək nəticələr əldə ediblər. Cari ildə Qəbələnin ümumtəhsil məktəblərinin buraxılış imtahanlarında müvəffəqiyyət qazanan məzunlardan 1419 nəfəri tam orta təhsil kursu üzrə attestat alıb. Onlardan 3 nəfəri orta məktəbi qızıl medalla bitirib. Qəbələli məzunlardan 760 nəfəri ali məktəblərə keçirilən qəbul imtahanlarında iştirak edib. Onlardan da 424 nəfəri tələbə adını qazanıb. Ali məktəblərə daxil olan abituriyentlərdən 36 nəfər 600-dən çox bal toplayıb. Builki imtahanlarda rayonun məzunları arasında ən yüksək nəticəni Mıxlıqovaq kənd orta məktəbin məzunu Şirinov Amil Rüfət oğlu əldə edib. O, imtahanlarda 679 bal toplayaraq Bakı Ali Neft Məktəbinə daxil olub. Keçən il rayonda 467 abituriyent tələbə adını qazanmışdı ki, onlardan da 50 nəfəri 600-dən çox bal toplamışdı.

Keçidlər