Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Mən Azərbaycan haqqında nə bilirəm?” esse yazı müsabiqəsinin qaliblərinin Qəbələyə səfəri.

15 iyul 2016 | 16:00

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Xarici İşlər Nazirliyinin birgə əsasnaməsinə uyğun olaraq 2015-ci ilin fevral-aprel aylarında xarici ölkələrin gəncləri arasında “Mən Azərbaycan haqqında nə bilirəm?” mövzusunda esse yazı müsabiqəsi keçirilmiş, Argentina, Banqladeş, Braziliya, Butan, Çex Respublikası, Fransa, Hindistan, Litva, Meksika, Monteneqro, Rumıniya və Serbiyadan olan qaliblərin 10-20 iyul 2016-cı il tarixlərdə Azərbaycana səfəri nəzərdə tutulmuşdur. Azərbaycanı qarış-qarış gəzməyi planlaşdırılan xarici ölkə gəncləri səfər çərçivəsində 13-15 iyul 2016-cı il tarixdə Qəbələ rayonunda olmuşlar. Qonaqlar qədim Qafqaz Albaniyasının paytaxtı olmuş Qəbələ şəhərinin qalıqları və qala divarları yerləşən “Çuxur Qəbələ” tarix-bədii qoruğuna, muzeyə və Tufandağ qış-yay turizm istirahət kompleksinə səfər edərək rayonun tarixi abidələri, zəngin təbiəti, turizm infrastrukturu ilə yaxından tanış olmuşlar.

Keçidlər