Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ rayonunda taxıl biçini kampaniyası uğurla davam etdirilir.

29 iyun 2016 | 01:00

Qəbələ rayonunda taxıl biçini kampaniyası uğurla davam etdirilir. Taxıl istehsalçıları məhsulu vaxtında və itkisiz toplamaq üçün bütün qüvvələrini səfərbər ediblər. Rayonda 11200 hektar sahədə taxılı biçilib. Kəndlilər indiyədək 35840 ton taxıl əldə ediblər.
Havaların qeyri sabit keçməsi taxıl biçini kampaniyasını qismən ləngidib. Biçin üçün sahələrə 70 ədəd kombayn və 45 ədəd yük maşını cəlb olunub.
Dövlət qayğısından ruhlanan qəbələli fermerlər bu il öz təsərrüfatlarında 22 min 510 hektar sahədə taxıl becəriblər. Bu da ötən ildəkinə nisbətən 1110 hektar çoxdur. Taxıl sahələrinin 16 min 10 hektarını buğda, 6500 hektarını isə arpa təşkil edir. Rayonda taxıl biçini kampaniyasının iyulun 10-dək başa çatdırılması nəzərdə tutulur.

Keçidlər