Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə Meksikalı rəssam Margarita Moralesin fərdi yaradıcılıq sərgisi nümayiş olunub.

16 iyun 2016 | 16:00

Qəbələ  Mədəniyyət Mərkəzində  Meksika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı Səfirliyinin təşəbbüsü ilə Meksikalı rəssam Marqarita Moralesin fərdi yaradıcılıq sərgisi keçirilib. Sərgidə Qəbələ rayon icra  hakimiyyətinin başçısı Səbuhi Abdullayev, Meksikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rodriqo Labardini və rayon ictimayyətinin nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edən RİH-nin başçısı Səbuhi Abdullayev qonaqları salamlayaraq qeyd etmişdir ki, bu cür əlamətdar tədbirlər Qəbələ sənətsevərlərində dünya mədəniyyəti, incəsənəti və insanları ilə daha yaxından tanış olmaq, dünya xalqlarının milli koloritini dərindən duymaq imkanı yaradır.  Bildirilib ki, Qəbələni şöhrətləndirən  və  dünyaya tanıdan bu kimi möhtəşəm tədbirlər müstəqil ölkəmizin sosial-iqtisadi sahədə sürətli inkişafı, ümummilli liderimiz Heydər Əliyevin müəyyən etdiyi inkişaf xəttinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilməsinin məntiqi nəticəsidir.
Diqqətə çatdırılmışdır ki, əldə edilən uğurların sayəsində respublikamızda mədəniyyətin, incəsənətin inkişafına böyük diqqət göstərilir. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və yaxından köməkliyi ilə hər il Qəbələdə keçirilən Beynəlxalq Musiqi Festivalında, Beynəlxalq Rəsm Sərgilərində dünyanın tanınmış musiqiçiləri və rəssamlarının nümayiş etdirilən incəsənət əsərləri ictimaiyyətin böyük marağına səbəb olur.  Sonda RİH başçısı rəsm sərgisinin Qəbələ rayonunda təşkil olunmasına görə Meksikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rodriqo Labardiniyə öz minnətdarlığı ifadə etmişdir.
Tədbirdə çıxış edən səfir bildirib ki, Margarita Morales yaradıcılığı olduqca müxtəlif yönlüdür. Rəssamın yaradıcılığının formalaşmasında ənənəvi Meksika mədəniyyəti ilə yanaşı, müasir incəsənətin müxtəlif üslublarının təsiri də duyulmaqdır. Margarita Moralesin əsərləri Meksika, Berlin, Madrin, Nyu-York və dünyanın bir çox muzey və qalereyalarında həmçinin paytaxt Bakı ilə yanaşı respublikanın bir neçə şəhərlərində də nümayiş olunub. Meksika mədəniyyətini qədim tarixi, zəngin mədəniyyəti və böyük qonaqpərvərliyi olan qəbələ rayonunda nümayiş olunması Azərbaycan və Meksika arasında olan əlaqələrin daha sıx inkişaf etməsinin əyni təzahürü olduğunu vurğulayıb.  Daha sonra rəssam Margarita Morales sərginin təşkilində göstərdiyi dəstəyə görə Qəbələ rayon icra  hakimiyyətinin başçısı Səbuhi Abdullayevə öz minnətdarlığını bildirərək Azərbaycanın qədim tarixi, böyük mədəniyyət və turizm məkanı kimi tanınan bölgəsində əsərlərinin sərgilənməsindən məmnun olduğunu ifadə edib. Sonda sərgi iştirakçıları Margarita Moralesin əlvan rəng çalarları və heyranedici enerji ilə zəngin abstrakt mövzuda ərsəyə gətirdiyi əl işləri ilə yaxından tanış olmuşlar.

Foto qalereya

Keçidlər