Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Tour d’Azerbaidjan-2016”nın startına sayılı günlər qalıb.

03 may 2016 | 16:00

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və Beynəlxalq Velosipedçilər İttifaqının dəstəyi ilə Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən təşkil olunacaq Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 93-cü ildönümünə həsr olunan 5 mərhələdən ibarət "Tour d'Azerbaidjan-2016" beynəlxalq velosiped turunun startına sayılı günlər qalıb. May ayının 4-də start götürəcək "Tour d'Azerbaidjan-2016" beynəlxalq velosiped turu əvvəlki illərdə olduğu kimi 5 mərhələdə keçiriləcək.
“Tour d’Azerbaidjan-2016”da 19 ölkədən 21 komanda iştirak edəcək. Onlardan 6-sı pro-kontinental, “Synergy Baku” da daxil olmaqla 14-ü kontinental, 1-i isə milli komandadır. Hər komandanın heyətində 6 velosipedçi olacaq.
İştirakçılar  04 may tarixdə 1-ci mərhələ üzrə  Bakı - Sumqayıt (154 km), 05 may tarixdə 2-ci mərhələ üzrə Bakı - İsmayıllı (186,5 km), 06 may tarixdə 3-cü mərhələ üzrə Qəbələ - Oğuz - Şəki - Oğuz - Qəbələ (177,2 km), 07 may tarixdə 4-cü mərhələ üzrə Qəbələ - Pirqulu (115,3 km) və 08 may tarixdə keçiriləcək sonuncu mərhələ üzrə isə Bakı - Abşeron - Bakı (158 km) marşrutu üzrə ümumilikdə 791 km məsafə qət edəcəklər. Beynəlxalq velosiped turu hər gün “Eurosport 1” kanalından 15 dəqiqə, axşam saatlarında isə “Eurosport 2” kanalından 45 dəqiqəlik icmalla tamaşaçılara təqdim ediləcək.

Keçidlər