Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ Rayon İcra Hakimiyyəti Başçısı yanında Şura yığıncağı keçirilmişdir.

09 fevral 2016 | 16:00

9 fevral 2016-cı il tarixdə Qəbələ Rayon İcra Hakimiyyəti Başçısı yanında rayonun şəhər, qəsəbə və kəndlərində 2015-ci ilin yekunlarına həsr olunmuş hesabat yığıncaqlarında irəli sürülmüş təkliflərin müzakirəsi ilə bağlı geniş Şura yığıncağı keçirilmişdir.
Yığıncağa şura üzvləri, RİH başçısının inzibati ərazilər üzrə nümayəndələri, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı təmin olunmuşdur.
Şura yığıncağını giriş sözü ilə Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayev açaraq diqqətə çatdırmışdır ölkə başçısı cənab İlham Əliyevin tapşırıqlarına əsasən respublikamızda məqsədyönlü islahatların həyata keçirilməsi nəticəsində, sosial-iqtisadi inkişafına mane olan amillər aradan qaldırılır, əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması, əmək haqqı, pensiya və müavinətlərin artırılması və süni qiymət artımının qarşısının alınması istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Bildirilmişdir ki, rayonda insanların sosial rifah halının yaxşılaşdırılması, kənd təsərrüfatı məhsulları istehsalının artırılması və yeni iş yerlərinin yaradılması istiqamətində mühüm işlər görülür.
Daha sonra qeyd olunmuşdur  ki, təsdiq olunmuş qrafikə uyğun olaraq hər il olduğu kimi yanvar ayında 2015-ci ildə görülmüş işlər barədə şəhər, qəsəbə və kənd inzibati ərazi nümayəndəliklərində hesabat yığıncaqları keçirilmiş, yığıncaqlarda şuranın üzvlərinin iştirakı təmin olunmuşdur. Keçirilən iclaslarda sakinlər tərəfindən bir sıra təkliflər qaldırılmışdır. Gündəlikdə duran məsələ ilə əlaqədar rayon icra hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zülfüqar Cəfərov məruzə etmişdir.
Bildirilmişdir ki, rayonun 60 şəhər, qəsəbə və kənd inzibati ərazi nümayəndəliklərində 2016-cı il yanvar ayının 7-dən 30-dək hesabat yığıncaqları keçirilmişdir. Hesabat yığıncaqlarında əhalinin böyük bir hissəsi iştirak etmiş, çıxış edən vətəndaşlar tərəfindən müxtəlif səpkili təkliflər irəli sürmüşlər. Sakinlər tərəfindən olunan müraciətlərdə əsasən ərazidə yeni  uşaq bağçalarının tikilməsi, mövcud bağçaların təmir edilməsi ibtidai məktəbləri üçün yeni binaların tikilməsi, məktəblərin əsaslı təmiri, təbii qaz xətlərinin çəkilməsi, sahilbərkitmə işlərinin aparılması məqsədilə mühafizə bəndlərinin tikilməsi, artezian quyularının qazılması, elektrik dirəklərinin dəyişdirilməsi, yeni müasir tipli transformatorların qoyulması, kənd yollarının asfaltlaşdırılması, yeni körpülərin, tibb məntəqələri və poçt şöbələrinin tikilməsi və s. təkliflər səsləndirilmişdir.
Diqqətə çatdırılmışdır ki,  vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bəzilərinin həlli ilə əlaqədar aidiyyatı üzrə rayonun idarə və təşkilatları ilə əlaqə saxlanılmış və qaldırılan məsələlərin həlli istiqamətində müvafiq işlərə başlanılmışdır.
Bildirilmişdir ki, səsləndirilmiş digər təkliflər respublikanın aidiyyatı təşkilatları tərəfindən icra edilməli olduğuna görə həmin müraciətlərlə bağlı əlaqədar təşkilarlar qarşısında təkliflər qaldırılmışdır.
Məruzə ətrafında Bum qəsəbə inzibati ərazi nümayəndəsi Eynulla Məmmədov və Bayramkoxalı kənd inzibati ərazi nümayəndəsi Şahin Abbasov çıxış edərək, 2015-ci ildə Bum qəsəbəsi və Bayramkoxalı kəndlərində görülmüş işlərdən söz açmışlar.
Daha sonra Şuranın qərar layihəsi qəbul olunmuşdur. Rayon icra hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayev Şura iclasını yekunlaşdırmışdır.

Keçidlər