Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Kəndlərimiz inkişafdadır.

26 yanvar 2016 | 16:00

Rayonun şəhər, qəsəbə, kənd inzibati ərazi nümayəndəliklərində 2015-ci ildə görülmüş işlərə və 2016-cı ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncaqları keçirilir. 25 yanvar 2016-cı il tarixdə  Tüntül kənd icra nümayəndəliyində 2015-ci ildə sosial-iqtisadi sahədə görülmüş işlər və 2016-cı ildə qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilmişdir. Yığıncaqda rayon icra hakimiyyəti başçısının birinci müavini Abil Ağasəfov kənd sakinləri, ağsaqqallar, ziyalılar və gənclər iştirak etmişlər. Tədbirdə Tüntül kənd icra nümayəndəsi Şirvan Nəzirov 2015-ci ildə ərazidə görülən işlərlərlə əlaqədar geniş məruzə etmişdir
İclasda iştirak edən sakinlər çıxışlarında kənddə görülən işlərdən, qazanılan uğurlardan söz açmışlar. Ərazidə yaşayan əhalinin həyat səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlərə diqqət çəkən ağsaqqallar əraziyə yeni çəkilmiş qaz xəttinə görə kənd sakinləri adından Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə etmişlər. Tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının birinci müavini Abil Ağasəfov əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün İlham Əliyev tərəfindən uğurla həyata keçirilən siyasi, iqtisadi və sosial strategiyadan söz açaraq, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasının dövlətimiz tərəfindən prioritet məsələ kimi qarşıya qoyulduğunu qeyd etmişdir.

Keçidlər