Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Yeni Azərbaycan Partiyasının yaradılmasının ildönümü qeyd edilmişdir.

21 noyabr 2015 | 16:00

Yeni Azərbaycan Partiyasının yaradılmasının 23-cü ildönümü münasibətilə partiyanın Qəbələ Rayon Təşkilatı tədbir keçirmişdir. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gələrək gül dəstələri qoymuş, ulu öndərə öz dərin ehtiramlarını ifadə etmişlər. Sonra Heydər Əliyev Mərkəzində davam edən rəsmi hissədən öncə onlar Azərbaycan xalqının böyük oğlunun siyasi fəaliyyətini əks etdirən foto-ekspozisiya ilə tanış olmuşlar. Tədbiri giriş sözü ilə YAP tayon təşkilatı aparatının rəhbəri Elçin Tağıyev açmış, partiyanın təsis edilməsinin 23-cü ildönümü ilə əlaqədar məruzə etmişdir. Məruzədə Yeni Azərbaycan Partiyasının yaranma tarixi, həmin dövrdə hökm sürən ictimai-siyasi vəziyyət, partiyanın yaranmasında ulu öndər Heydər Əliyevin əvəzsiz rolu barədə danışılmış, keçdiyi şərəfli yol haqqında tədbir iştirakçılarına məlumat verilmişdir. Tədbirdə partiyanın veteranları Qəbələ rayonunda YAP-nın təşkilatlanması dövrü barədə maraqlı faktlarla çıxış etmişlər.

Keçidlər