Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə “Suların inteqrasiyalı idarə edilməsi iqlim dəyişikliklərinə uyğunlaşdırılmanın aləti kimi” adlı təlim keçirilib.

05 avqust 2015 | 15:00

Avqustun 5-də Qəbələ şəhərində “Suların inteqrasiyalı idarə edilməsi iqlim dəyişikliklərinə uyğunlaşdırılmanın aləti kimi” mövzusunda təlim keçirilib.
Tədbir BMT-nin İnkişaf Proqramı (BMTİP) və Fövqəladə Hallar Nazirliyinin “Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi” layihəsi çərçivəsində birgə təşkil olunub. Qeyd olunan layihənin əsas məqsədi Azərbaycanda xüsusən də Böyük Qafqazın dağlıq icmalarında su və selin idarəedilməsi sistemlərini təkmilləşdirmək və iqlimlə bağlı daşqın və su basmalarının təsirlərini azaltmaqdır.  Toplantıda çıxış edən BMTİP-in Strateji Əməkdaşlıq üzrə Müşaviri Məzahir Əfəndiyev suların və selin inteqrasiyalı idarəetmənin dövrün iqlim dəyişmələrinə müvafiq qurulmasını bu sahədə müsbət nəticələr əldə etməkdə vacib olduğunu bildirib və keçirilən təlimin ölkə səviyyəsində böyük töfhələr verəcəyini xüsusi qeyd edib. Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin rəisi Baba Azakov qeyd edib ki, hal-hazırda iqlim dəyişikliyi və onun törətdiyi fəsadlar Azərbaycan üçün  çox mühüm məsələ hesab olunur. Belə tədbirlərin regionlarda tez-tez və davamlı olaraq keçirilməsi əhalinin bu istiqamətdə maarifləndirilməsinə kömək edəcək. Diqqətə çatdırılıb  ki, layihənin əsas məqsədi Azərbaycanda xüsusən də Böyük Qafqazın dağlıq icmalarında su və selin idarəedilməsi sistemlərini təkmilləşdirmək və iqlimlə bağlı daşqın və su basmalarının təsirlərini azaltmaqdır.
Təlim zamanı iştirakçılar iqlim dəyişikliyi haqqında məlumatlandırılıb və bunun təsirinin azalması istiqamətində ətraflı müzakirələr aparıblar.  Təlimdə Fövqəladə Hallar Nazirliyinin Dövlət Su Ehtiyatları Agentliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Meliorasiya və Su Təsərrüfatı Agentliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, “AzərSu” ASC-nin, BMTİP, rayon icra hakimiyyətlərinin nümayəndələri, layihənin beynəlxalq və yerli ekspertləri iştirak ediblər.

Keçidlər