Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ VII Beynəlxalq Musiqi Festivalında Xorvatiyanın “Dubrovnik Gitara Triosu”nun konserti olub.

30 iyul 2015 | 02:00

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Qəbələdə keçirilən VII Beynəlxalq Musiqi Festivalı çərçivəsində iyulun 29-da Heydər Əliyev adına Konqress Mərkəzində Xorvatiyanın “Gitara Triosu”nun konserti olub.
Mərkəzin  kamera zalında keçririlən konsertdə tanınmış Dubrovnik Musiqi Məktəbinin “Gitara Triosu”nun üzvləri Ante Skaramuca, Frano Matujiç və Maroye Brçiçinin səsləndirdiyi musiqi əsərləri tamaşaçıların zövqünü oxşayıb. Konsertdə Avropa bəstəkarları A.Vivaldinin, Q.Hendelin, L.Sorkoçeviçin, N.Njiriçin, F.Mendelsonun, Q.Forenin, İ.Albenisin əsərləri ifa olunub. Yerli və xarici musiqisevərlərə məlumat verilib ki, 1992-ci ildən fəaliyyət göstərən “Dubrovnik Gitara Triosu” dünyanın 15-ə yaxın ölkəsində konsertlər verib.

Keçidlər