Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə İspaniyanın “Barselona və Flamenko” Ansamblının möhtəşəm konserti olub.

28 iyul 2015 | 10:00

Heydər Əliyev Fondunun möhtəşəm tədbiri olan Qəbələ VII Beynəlxalq Musiqi Festivalı yerli və xarici tamaşaçılara unudulmaz anlar yaşatmaqda davam edir.
Festivalın proqramına uyğun olaraq iyulun 27-də Heydər Əliyev adına Konqress Mərkəzinin qarşısındakı parkda quraşdırılan səhnədə İspaniyanın “Barselona və Flamenko” Ansamblının möhtəşəm konserti olub.
Tanınmış xoreoqraf Rafael Amarqonun rəhbərliyi ilə yaradılan ansambl tamaşaçılar qarşısında flamenko sənətini və yüksək keyfiyyətə malik teatr tamaşalarını təqdim edib. On ildən çoxdur ki, fəaliyyət göstərən ansambl konsert iştirakçılarına “Opera və Flamenko” və “Qran Qala Flamenko” tamaşalarını təqdim edib. Qəbələ səhnəsində qaraçıların çılğınlığı və ehtirası ilə musiqi, ruh, rəqs və qüvvənin mükəmməl simbiozu nümayiş olunub. Yüksək ifa tərzi ilə dünyada tanınan Barselona ansamblı tamaşaçıların rəğbətini qazanıb və alqışlanıb.
Qeyd edək ki, bu ansamblın tamaşaları Barselonada ən çox baxılan tamaşalardı. “Barselona və Flamenko”nun kollektivi hər il Avropa və Şimali Amerikada çıxışlar edir.

Keçidlər