Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ VII Beynəlxalq Musiqi Festivalında Azərbaycan, Rusiya və İsrail musiqiçilərinin konserti olub.

28 iyul 2015 | 09:00

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Qəbələdə təşkil olunan VII Beynəlxalq Musiqi Festivalı çərçivəsində iyulun 27-da Heydər Əliyev adına Konqress Mərkəzində Azərbaycan, Rusiya və İsrail musiqiçilərinin konserti olub. Mərkəzin kamera zalında Qəbələ VII Beynəlxalq Musiqi Festivalının bədii rəhbəri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti Fərhad Bədəlbəyli (piano), tanınmış musiqiçilər Nərgiz Kəngərli (piano), Elvin Nəcəfov (viola), rusiyalı Yevgeniya Antonova (piano), Anastasiya Jivotovskaya (piano), Ülviyyə Hacıbəyova (piano) və israilli Janna Qandelmanın (violin) iştirak etdiyi konsertdə Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səsləndirilib. Konsertdə bəstəkarlar Q.Qarayevin, A. Məlikovun, Ü. Hacıbəylinin, F.Bədəlbəylinin, Niyazinin, P.Hindemitin, E.Qrieqin, M.Ravelin və başqa bəstəkarların klassik əsərləri musiqisevərlərin zövqünü oxşayıb.

Keçidlər