Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Qəbələdə keçirilən VII Beynəlxalq Musiqi Festivalı çərçivəsində iyulun 26-da İtaliya Simfonik Orkestrinin növbəti möhtəşəm konserti olub.

27 iyul 2015 | 12:00

Azərbaycan Dövlət Filarmoniyası simfonik orkestrinin dirijoru, xalq artisti Rauf Abdullayevin idarə etdiyi konsertdə bəstəkarlar- G.Verdi, L.Bethoven, F.Şopen, P.Sarasaten və S.Rahmaninovun əsərləri səsləndirilib. Ümumilikdə 800-ə yaxın tamaşaçının iştirak etdiyi gecədə İtaliya Simfonik Orkestri ilə yanaşı, Azərbaycan musiqiçiləri Nərmin Nəcəfli (piano), Kamran Omarlı (violin), Toğrul Hüseynli (piano), gürcüstanlı Elisso Bolkvadzenin (piano) çıxışı da maraqla qarşılanıb. Qeyd edək ki, 30 ildən çoxdur fəaliyyət göstərən İtaliya Simfonik Orkestri dünyanın ən möhtəşəm musiqi kollektivlərindəndir.

Keçidlər