Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə “Gənc xilasedici və yanğınsöndürənlərin respublika birinciliyi və gənc xilasedicilərin III Beynəlxalq yarışıları”na başlanılmışdır.

01 iyul 2015 | 15:00

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, təhsil, gənclər və idman nazirliklərinin dəstəyi ilə iyul ayının 1-də Qəbələ şəhərində “Gənc xilasedici və yanğınsöndürənlərin respublika birinciliyi və gənc xilasedicilərin III Beynəlxalq yarışıları”nın açılış mərasimi olmuşdur.
III Beynəlxalq yarışda iştirak edəcək Azərbaycan, Türkiyə, Gürcüstan, Rusiya, Qazaxıstan, Moldova,  Polşa,  Belarusiya komandaları ilə yanaşı respublika birinciliyində respublikanını 19 rayonunun gənc xilasediciləri də öz bacarıqlarını nümayiş etdirəcəklər. Qəbələ şəhərində FHN-nin “N” saylı hərbi hissəsində başlanan tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Daha sonra komandaların kapitanları yarışlara hazır olmaları barədə raport verdilər. Açılış mərasimində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirinin müavini general leytenant Faiq Tağızadə, Qəbələ rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev çıxış edərək iştirakçıları salamlamış və bildirmişlər ki, bu yarışların keçirilməsi gənclərin sağlam böyümələrinə, təbii və texnogen xarakterli hallar zamanı yüksək davranışa yiyələnmələrinə, və hazırlıqların təkmiləşdirilməsinə həmçinin insanlara psixoloji dəstək göstərilməsinə xidmət edir.
Yarışların iyul ayının 6-dək davam etməsi gözlənilir.

Keçidlər