Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə cüdo üzrə açıq turnir keçirilmişdir.

05 may 2015 | 03:00

Qəbələ Rayon Gənclər və İdman idarəsi “Qəbələ” İdman Klubu ilə birlikdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş yeniyetmələr arasında cüdo idman növü üzrə açıq turnir keçirmişdir. Qəbələ Olimpiya İdman Kompleksində təşkil olunan turnirdə respublikanın 20-dək şəhər və rayonundan 21 komanda üzrə 242 idmançı iştirak etmişdir.
Turnirin açılış mərasimində Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini  Arif  Allahverdiyev, gənclər və idman idarəsinin rəisi Fəxri Soltanov və “Qəbələ” İdman Kubunun vitse prezidenti Fariz Nəcəfov iştirak etmiş və idmançılara uğurlar arzulamışlar.
Turnirinin yekununda medal sayına görə komanda hesabında Qəbələ komandası I yerə, Bakı komandası II yerə və Sumqayıt komandası III yerə layiq görülmüşlər. Çəki dərəcələri üzrə qalib gəlmiş idmançılara diplom və medallar, komandalara isə kuboklar təqdim edilmişdir.

Keçidlər