Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Görkəmli alimin doğum günü qeyd olunmuşdur.

28 aprel 2015 | 15:00

Heydər  Əliyev  Mərkəzində YAP  Qəbələ  Rayon  Təşkilatının  Qadınlar  Şurası görkəmli  elm  xadimi,  akademik  Zərifə  Əliyevanın anadan  olmasının  92-ci  ildönümü  münasibətilə tədbir  keçirmişdir. Tədbirdə   rayonun   ictamai  siyasi  həyatında  fəal  iştirak  edən  ziyalılar və  partiya təşkilatı  Qadınlar  Şurasının  üzvləri  iştirak etmişlər.
Tədbiri  girş  sözü  ilə  Qadınlar  Şurasının  sədri  Arifə  Bayramova  açaraq,    görkəmli  alim    akademik  Zərifə  xanım  Əliyevanın  həyatı  və  elmi  fəaliyyəti  haqqında  ətraflı məlumat  vermiş,  onun tibb  elminin  inkişafına göstərdiyi  xidmətləri tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.  Neçə-neçə insanın  gözünə  nur  gətirmiş,  peşəsinə  hədsiz  məhəbbəti  ilə  seçilən  alimin bir  çox  monoqrafiyalarının  bu  gün   oftolmoloqların  stolüstü  kitabına  çevrildiyini vurğulamışdır.
Natiq Zərifə xanıma həkim kimi fədakarlığının, yüksək vətəndaşlıq məsuliyyətinin, səmimiliyi və qayğıkeşliyinin, insanlara və onların problemlərinə göstərdiyi diqqətin, fəal həyat mövqeyinin, həmkarlarının, yetirmələrinin və xəstələrinin ona dərin hörmətini qazandırdığını qeyd etmişdir.
Çıxış edənlər akademik  Zərifə  Əliyevanın  alim  kimi Azərbaycan səhiyyəsinin  inkişafında qazandığı  böyük  uğurlardan danışmışlar.
Tədbirin  sonunda  böyük alimin elmi fəaliyyətinə həsr  olunmuş  videoçarx nümayiş etdirilmişdir.

Keçidlər