Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Faşizm üzərində qələbənin 70 illik yubileyinə həsr edilmiş atletika üzrə rayon birinciliyi keçirilmişdir.

27 aprel 2015 | 15:00

Qəbələ Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə aprelin 24-də  Zarağan kənd 2 saylı tam orta məktəbdə oğlanlar arasında faşizm üzərində qələbənin 70 illik yubileyi münasiubətilə atletika idman növü üzrə rayon birinciliyi keçirilmişdir.
Yarışın təşkilində məqsəd  1941-1945-ci iı Böyük Vətən Müharibəsində həlak olan azərbaycanlıların xatirəsini yad etmək, gənc nəslin vətənpərvərlik tərbiyəsini  inkişaf etdirmək, həmçinin atletika idman növünün geniş yayılmasına nail olmaq, eləcə də bu idman növü üzrə ustalığın artırılması və rayonun yığma komandasının tərkibinin müəyyənləşdirilməsindən ibarət olmuşdur.
Yarışın estafet mərhələsində Qəbələ şəhər  3 saylı tam orta məktəbin komandası I yeri tutmuşdur. Yekunda I, II və III yeri tutmuş idmançılara və komandalara gənclər və idman idarəsinin diplom və medalları təqdim edilmişdir.

Keçidlər