Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələli rəssamın fərdi sərgisi açılmışdır.

18 aprel 2015 | 06:00

Qəbələ Dövlət Rəsm Qalereyasında gənc rəssam, Azərbaycan Rəssamlar İttifaqının üzvü Orxan Məmmədovun fərdi sərgisi açılmışdır. Həmyerlimiz
olan Orxan Məmmədov özünəməxsus maraqlı üsulla işləyib hazırladığı 18 sənət əsərini sərgiyə təqdim etmişdir. O kətan üzərində yağlı boya ilə
çəkdiyi müxtəlif  əsərlərinin fraqmentlərini kəsib götürərək, onları məntiqi şəkildə bir-birinə tikməklə tamaşaçını düşündürən mücərrəd-fəlsəfi bir tablo halına gətirmişdir. Müəllif müstəqil sujetləri iplər və kəndirlərlə dekorativ üsulla tikərək yeni bədii cərəyan və üslublarla  səsləşən, özünəməxsus abstrakt sənət əsərləri yaratmışdır. Azərbaycan rəssamlığının çağdaş nəslinin bu janra artan meyli Orxan
Məmmədovun yaradıcılığına öz təsirini göstərmişdir. Əlbəttə bu cür əsərlərin öz tamaşaçıları var. Abstrak rəssamın baxışları, yaratdığı əsərlərin qayəsi və mündərəcəsi intellektual seyirçi tərəfindən daha yaxşı anlanılır və başa düşülür.
Maraqlı janrda təşkil olunan sərginin açılışında Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayev, RİH aparatının əməkdaşları, idarə və təşkilatların rəhbər işçiləri və digər ziyalılar iştirak etmişlər.
İştirakçılar xoş təəssüratla sərgidən ayrılmışlar.

Keçidlər