Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Vətənin Müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyi.

16 aprel 2015 | 15:00

Gənclər və idman idarəsinin təşkilatçılığı ilə Qəbələdə “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyi keçrilmişdir.
Yarışın keçirilməsində məqsəd yeniyetmə və gəncləri vətənin müdafiəsinə mənəvi və fiziki cəhətdən hazırlanması, gənclərdə vətənə məhəbbət və vətənpərvərlik hissini artırılması, çağırış və çağırış yaşına qədərki gənclərin hərbi hazırlığının gücləndirilməsi, idmançılarda yarış təcrübəsinin və ustalığın artırılmasından ibarət olmuşdur.
Beynəlxalq Poliatlon çoxnövçülüyü Assosiasiyasının qaydalarına əsasən keçirilən yarışda  rayonun ümumtəhsil məktəblərindən
30-dək komanda iştirak etmişdir.
Yarışın nəticəsinə əsasən Qəbələ şəhər 3 saylı tam orta məktəbin komandası I yeri, Tüntül kənd tam orta məktəbin komandası II yeri və Bayramkoxalı kənd tam orta məktəbin komandası III yeri tutmuşlar. Qalib komandalara gənclər və idman idarəsinin diplomları təqdim edilmişdir. Birinci yeri tutmuş komanda
Respublika çempionatının zona mərhələsində iştirak etməyə vəsiqə qazanmışdır.

Keçidlər