Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Xocalı soyqırımının iyirmi üçüncü ildönümünə həsr olunmuş tədbirlər davam etdirilir.

26 fevral 2015 | 12:00

Rayonun ümumtəhsil məktəblərində, idarə və müəssisələrində Xocalı soyqırımının iyirmi üçüncü ildönümünə həsr olunmuş anım tədbirləri keçirilir.
Şəhər 1,2 və 5 saylı tam orta məktəblərində, rayon mərkəzləşdirilmiş kitabxana sistemində Xocalı qurbanlarının əziz xatirələrinə həsr edilmiş tədbirlər təşkil olunmuş, ədəbi-bədii kompozisiyalar hazırlanmışdır.
Məktəblərdə mövzu ilə əlqədar inşa və şeir müsabiqələri, rəsm sərgiləri keçirilmiş, fotostendlər, guşələr yaradılmışdır.
Anım tədbirləri bütün yaşayış məntəqələrində davam etdirilir.

Keçidlər