Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Yeni Azərbaycan Partiyasının yaradılmasının 22-ci ili qeyd olunmuşdur.

21 noyabr 2014 | 16:00

Yeni Azərbaycan Partiyasının yaradılmasının 22 illiyi ilə əlaqədar YAP Qəbələ Rayon Təşkilatında partiyanın keçdiyi şərəfli yolla bağlı tədbir keçirilmişdir. Tədbir iştirakçıları öncə ümummilli lider, partiyanın yaradıcısı Heydər Əliyevin Qəbələ şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri düzmüş və onun əziz xatirəsini yad etmişlər.
Qəbələ Mədəniyyət Mərkəzində davam edən tədbiri YAP rayon təşkilatının sədri Abil Ağasəfov açaraq partiya üzvlərini bu əlamətdar gün münasibətilə təbrik etmişdir.
Natiq çıxışında xalqın iradəsini ifadə edən, dövlətçiliyimizin qorunub saxlanmasında misilsiz xidmətləri olan partiyanın keçdiyi 22 illik yola nəzər salaraq, siyasi fəaliyyətinin istər birinci, istərsə də ikinci dövrlərində həyatını daim xalqının və dövlətçiliyimizin inkişafına həsr etmiş ümummilli liderin bizə qalan yadigarları arasında təsisçisi və qurucusu olduğu Yeni Azərbaycan Partiyasının xüsusi əhəmiyyətini qeyd etmişdir.
Tədbirdə partiya sıralarına yeni qəbul olunmuş üzvlərə partiya vəsiqələri təqdim olunmuşdur

Keçidlər