Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Bakı məktəbliləri Qəbələyə ekskursiyaya gəlmişlər.

12 noyabr 2014 | 16:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə maarifləndirici tur-aksiyalar keçirilir.
Şamaxı-İsmayıllı-Qəbələ marşrutu üzrə tur-aksiyanın iştirakçısı olan Nizami və Xəzər rayonlarının ümumtəhsil məktəblərinin şagirdləri noyabrın 11-də Qəbələnin tarixi abidələri, turizm obyektləri, mənzərəli guşələri, adət-ənənələri, eləcə də son illər inşa edilən sosial obyektləri ilə tanış olmuşlar. Rayon mərkəzində mehribanlıqla qarşılanan tur-aksiya iştirakçılarına Azərbaycanın ən qədim şəhərlərindən olan Qəbələnin çox zəngin tarixi haqqında məlumat verilmişdir.Qonaqlara bildirilmişdir ki, rayondakı ölkə əhəmiyyətli qədim memarlıq abidələri mədəni irsimizin nadir inciləri hesab olunur.
Tur-aksiyanın iştirakçılarına 900 il Qafqaz Albaniyasının paytaxtı olan və bu gün sürətlə inkişaf edərək Azərbaycanın gözəl şəhərlərindən birinə çevrilən qədim və müasir Qəbələnin sosial-iqtisadi və mədəni həyatında əldə edilən uğurlar, rayonun coğrafiyası, etnoqrafiyası, əhalisinin məşğuliyyəti haqqında ətraflı bilgilər verilmişdir. Rayona səfər edən şagirdlərin üz tutduqları ilk məkan isə Vəndam qəsəbəsindəki “Yeddi gözəl” şəlaləsi olmuşdur. Paytaxt şagirdlərinin daha çox marağına səbəb olan məkanlardan biri də Nohur gölü olmuşdur. Burada məktəblilər arasında futbol, voleybol və bilyard yarışları keçirilmişdir. Sonra Nic qəsəbəsinə səfər edən şagirdlər buradakı “Cotari” Alban kilsəsinə böyük maraqla baxmışlar.Daha sonra Çuxur Qəbələ kəndinə gələn şagirdlərə qədim Qəbələ şəhərinin xarabalıqları və ərazidə aparılan arxeoloji qazıntıların nəticələri barədə məlumatlar verilmişdir. Nizami və Xəzər rayonlarından gələn şagirdlər Qəbələyə səfərlərinin sonunda beşulduzlu “Qafqaz Riverside”, “Yeddi Gözəl”, “Qafqaz Resort”, “Qafqaz Sport” otelləri,
“Fitnes” istirahət-sağlamlıq mərkəzi, rayonda yaradılan müasir turizm infrastrukturu ilə də tanış olmuşlar. Bakı məktəbliləri Qəbələyə ekskursiyadan məmnun qaldıqlarını bildirmişlər.

Keçidlər