Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Müstəqillik Günü qeyd edilmişdir.

18 oktyabr 2014 | 15:00

Qəbələ Mədəniyyət Mərkəzində 18-Oktyabr Müstəqillik Günü münasibətilə dəyirmi masa keçirilmişdir.
Dəyirmi masanı giriş sözü ilə Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ətayə Osmanova açmışdır. O bildirmişdir ki,  XX əsrin sonlarında SSRİ-nin dağilması ilə yaranan tarixı şəraitdə 1991-ci il oktyabrın ayının 18-də Azərbaycan Ali Sovetinin sessiyası Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul etmişdir və hər il xaiqımız bu əlamətdar günü çox böyük qürur hissi ilə qeyd edir.
Sonra tarix diyarşünaslıq muzeyinin direktoru Xalis Məmmədov 18 oktyabr Müstəqillik gününün yaranma tarixi barədə məruzə etmişdir. O, öz məruzəsində  1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin  cəmi 23 ay yaşadığını, ikinci tarixi imkanın bir də 70 il sonra yarandığını  və ümumimilli liderimiz Heydər Əliyevin gərgin əməyi nəticəsində Azərbaycan öz müstəqilliyini qoruduğunu, onu inkişaf etdirərək  regionun lider dövlətinə çevirdiyini bildirmişdir.
Daha sonra mədəniyyət və turizm şöbəsinin müdiri Nargilə Qafarova, mədəniyyət mərkəznin direktorunun müavini Ruhib Niftalıyev, Heydər Əliyev Mərkəzinin direktorunun müvini Kəmalə Qasımova, uşaq incəsənət məktəbinin müəllimi Elnarə Qocayeva, mərkəzləşdirilmiş kitabxana sisteminin işçisi Gülnarə Məlikova, Qəbələ Dövlət Rəsm Qalereyasının direktoru Malik Ağayev çıxış edərək müstəqillik illərində Azərbaycanın inkişafı və ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində nail olduğumuz tərəqqi barədə danışmışlar.

Keçidlər