Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Yeniyetmələr arasında sərbəst güləş üzrə zona yarışı.

16 oktyabr 2014 | 15:00

Qəbələ Olimpiya İdman Kompleksində Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə İdman Məktəblərinin VII Respublika Oyunlarının proqramına daxil olan sərbəst güləş üzrə 2002-2003 –cü il təvəllüdlü yeniyetmələr arasında zona yarışı keçirilmişdir.
Yarışın keçirilməsində məqsəd respublikada sərbəst güləş idman növünün inkişaf etdirilməsi, yeniyetmələrin vətənpərvərlik ruhunda tərbiyəsində idmanın rolunun artırılması, həmçinin idmançılarımızın ustalıqlarının təkmilləşdirilməsi, idman məktəblərinin fəaliyyətinə baxış keçirilməsi, yığma komandalara namizədlərin hazırlanması və Olimpiya İdman Komplekslərində
işlərin genişləndirilməsindən  ibarətdir.
Zona birinciliyində respublikanın 15 rayonundan 140-dək güləşçi 14 çəki dərəcəsində mübarizə aparmışdır.
Çəki dərəcələri üzrə I və II yeri tutmuş güləşçilər Balakən rayonunda keçiriləcək final mərhələsinə vəsiqə qazanmışlar.

Keçidlər