Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Əfsanələr diyarı-Qəbələ” mövzusunda dəyirmi masa.

26 sentyabr 2014 | 03:00

Rayon mədəniyyət mərkəzində Qəbələnin  “Azərbaycanın Əfsanələr Paytaxtı” elan olunmasına həsr edilmiş “Əfsanələr Diyarı-Qəbələ” mövzusunda dəyirmi masa keçirilmişdir.
Tədbirdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin direktoru, fəlsəfə elmləri doktoru, professor  Vilayət İsmayılov və  Qəbələ RİH başçısının müavini Ətayə Osmanova  iştirak etmişlər. AMEA Folklor İnstitutunun mərasim folkloru şöbəsinin böyük elmi işçisi Atəş Əhmədli  “Qəbələ-tarixdə və əfsanələrdə” mövzusunda məruzə oxumuşdur.
Məruzə ətrafında AMEA Memarlıq və İncəsənət İnstitutunun böyük elmi işçisi Sabir Əlihüseynli, Qəbələ Tarix- Diyarşünaslıq muzeyinin direktoru Xalis Məmmədov və Çuxur Qəbələ Tarix- Bədii Qoruğunun direktoru Bəhruz Şərifov çıxış etmişlər.
Sonda  “Azərbaycanın Əfsanələr Paytaxtı” proqramı çərçivəsində  Qəbələ Rayon Mədəniyyət və Turizm şöbəsinin bir neçə əməkdaşına işgüzar fəaliyyətlərinə görə mədəniyyətşünaslıq üzrə elmi-metodiki mərkəzin Fəxri Fərmanları  təqdim olunmuşdur.

Keçidlər