Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə təhsil işçilərinin konfransı keçirilmişdir.

12 sentyabr 2014 | 03:00

11 sentyabr 2014-cü ildə rayon təhsil işçilərinin konfransı keçirilmişdir.
Konfrans iştirakçıları əvvəlcə Qəbələ şəhərinin mərkəzində ucaldılmış ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə tər gül-çiçək dəstələri düzmüşlər.
Konfrans plenar iclasına Qəbələ Mədəniyyət Mərkəzində başlamışdır. Tədbiri giriş sözü ilə Qəbələ Rayon Təhsil Şöbəsinin müdiri Oqtay Hacıyev açmış, Azərbaycan Respublikasının Dövlət Himni səslənmişdir.
Sonra rayon təhsil şöbəsinin müdiri Oqtay Hacıyev “2013-2014-cü dərs ilinin yekunları və yeni dərs ilində rayonun təhsil işçiləri qarşısında duran vəzifələr barədə” məruzə etmişdir.
Müzakirə olunan məsələ ilə əlaqədar Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsil Problemləri İnstitutunun direktoru Qulu Novruzov, Dizaxlı kənd tam orta məktəbinin müəllimi Vüsalə Soltanova, Qəbələ şəhər 3 saylı tam orta məktəbin müəllimi Vəfa Ədilova, Qəbələ Rayon Gənclər və İdman İdarəsinin rəisi Fəxri Soltanov, Vəndam qəsəbə 2 saylı tam orta məktəbin psixoloq müəllimi Nigar Kərimova, ali məktəblərə qəbul zamanı rayon üzrə ən yüksək nəticə göstərmiş Nohurqışlaq kənd tam orta məktəbin məzunu Nərgiz Tahirli, Soltannuxa kənd tam orta məktəbin direktoru Həqiqət Rzayeva çıxış etmişlər.
Konfransda müzakirə olunan məsələ ilə əlaqədar qərar qəbul olunmuşdur. 2013-2014-cü dərs ilini müvəffəqiyyətlə başa vuran bir qrup məzuna və qabaqcıl müəllimə Qəbələ Rayon İcra Hakimiyyəti və təhsil şöbəsi tərəfindən qiymətli hədiyyələr və fəxri fərmanlar verilmişdir.
Konfrans iştirakçılar yekdilliklə Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevə müraciət qəbul etmişlər.

Keçidlər