Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə elmi-praktik konfrans keçirilmişdir.

03 sentyabr 2014 | 03:00

Qəbələ Turizm və Otelçilik Üzrə Peşə Tədris Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Elm Yurdu” Sosial Araşdırmalar İctimai Birliyinin (EYSAİB) təqdim etdiyi yeni layihə “Tolerantlıq - əxlaqi davranış və mədəniyyət məsələsi kimi” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.Konfransda Qəbələ Rayon İcra Hakimiyyətinin nümayəndəsi Zahid Əfəndiyev, şəhərdə fəaliyyət göstərən müxtəlif dini icma üzvləri, eləcə də ziyalılar iştirak etmişdir.
Tədbiri giriş sözü ilə Qəbələ Rayon İcra Hakimiyyətinin nümayəndəsi Zahid Əfəndiyev açmışdır.
EYSAİB-in icraçı direktoru, tibb üzrə fəlsəfə doktoru Kamran Babayev konfransda Azərbaycanda vətəndaş-dövlət münasibətlərinin yeni mərhələyə keçməsi vurğulanmışdır.
Habelə konfrasda “İslam və tolerantlıq”, mötədilliyin radikallıqla və fanatizmlə mübarizədə əsas vasitə olması, sözügedən sahə üzrə problemlərin həllində dini maariflənmənin rolu mövzusunda çıxışlar edilmişdir. Məruzəçilər EYSAİB-in təsisçisi və sədri, ilahiyyat üzrə fəlsəfə doktoru Elşad Mahmudov, EYSAİB-in təsisçi həmsədri və tədris işləri üzrə sədr müavini, ilahiyyat üzrə fəlsəfə doktoru Qoşqar Səlimli, Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitunun böyük elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Elvüsal Məmmədov, “Elm yurdu” Sosial Araşdırmalar İctimai Birliyinin elmi işlər üzrə sədr müavini Elmir Quliyev olmuşdur. Tədbir konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciətin oxunuşu ilə başa çatmışdır.

Keçidlər