Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti kamera musiqisi axşamı və Yohannesburq Filarmonik Orkestrinin konsert proqramı maraqla qarşılanıb.

31 iyul 2014 | 03:00

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə böyük uğurla reallaşdırılan VI Qəbələ Beynəlxalq Musiqi Festivalı sona çatmaq üzrədir.
Möhtəşəm festivalın proqramına uyğun olaraq Qəbələ şəhərindəki “Qafqaz Resort” hotelin kamera zalında keçirilən növbəti kamera musiqisi axşamında görkəmli Rusiya və Avropa bəstəkarlarının əsərləri səsləndirilib.
Konsertdə vokalçılar Fəridə Məmmədova, Səbinə Əsədova, Məhərrəm Hüseynov, beynəlxalq müsabiqələr laureatları, istedadlı pianoçular Tofiq Şıxıyev, İlahə Sadıxzadə və violin ifaçısı Osman Əyyublu məşhur italyan bəstəkarları Bellini, Rossini və Donisettinin əsərlərini ifa etdilər.
Daha sonra festivalın proqramına uyğun olaraq  günün ikinci yarısı Yohannesburq Filarmonik Orkestri növbəti konsert proqramı ilə çıxış etmişdir. “Yulian Raxlin və onun dostları” Beynəlxalq festivalının təşkilatçısı, dünya şöhrətli musiqiçi, UNİCEF-in xoşməramlı səfiri, avstriyalı Yulian Raxlinin dirijorluğu ilə baş tutan konsertdə Yohannesburq Filarmonik Orkestri klassik Avropa bəstəkarlarının əsərlərindən parçalar səsləndirdi.
Yerusəlim Simfonik Orkestrinin konsertmeysteri, skripka ifaçısı Janna Qandelman, VI Qəbələ Beynəlxalq Musiqi Festivalının bədii rəhbərlərindən biri, dünya şöhrətli məşhur violonçel ifaçısı, “Yeni Rusiya” Dövlət Simfonik Orkestrinin dirijoru Dmitri Yablonski orkestrin müşayiəti ilə V.A.Mosartın simfoniyasını, “Fiqaronun toyu” operasından uvertüranı, eləcə də A.Dvorjakın və digər bəstəkarların əsərlərindən parçalar təqdim etdilər.
Öz mükəmməl ifası ilə dünyada tanınan Yohannesburq Filarmonik Orkestri Azərbaycan tamaşaçılarına və xarici ölkələrdən Qəbələyə gəlmiş turistlərə unudulmaz gecə bəxş etdi

Keçidlər