Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Təl-Əviv balet qrupunun çıxışı festival iştirakçıları tərəfindən alqışlarla qarşılandı.

30 iyul 2014 | 03:00

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən və Azərbaycanın milli musiqi mədəniyyəti tarixində yeni bir ənənənin təməli sayılan, beynəlxalq mədəni əlaqələrin genişləndirilməsində, zəngin musiqi mədəniyyətimizin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayan VI Qəbələ Beynəlxalq Musiqi Festivalı uğurla davam edir.
Möhtəşəm festivalın proqramına uyğun olaraq “Qafqaz Resort” hotelində təqdim edilən növbəti kamera musiqisi axşamında dahi bəstəkar, pianoçu və dirijor Sergey Raxmaninovun və İsrail bəstəkarlarının əsərləri səsləndirildi.
Musiqisi axşamında əvvəlcə İsrailin nəfəs alətləri kvinteti çıxış etdi. Konsertdə klassik Qərb bəstəkarlarının əsərlərindən də nümunələr təqdim olundu.
Konsertdə müxtəlif beynəlxalq müsabiqələr laureatı, Avropanın bir çox ölkələrində geniş konsert proqramları ilə çıxış etmiş, istedadlı pianoçu Tatyana Şafran və Artur Rubinşteyn Cəmiyyətinin mükafatına layiq görülmüş, pianoçu Gil Şohatın ifası tamaşaçılar tərəfindən alqışlarla qarşılandı. Tanınmış rusiyalı pianoçu, BMT yanında Beynəlxalq İncəsənət Akademiyasının fəxri akademiki, ABŞ-dakı Culian Musiqi Akademiyasının professoru Oksana Yablonskayanın ifası isə tamaşaçılara unudulmaz anlar yaşatdır.
Daha sonra proqrama uyğun olaraq günün ikinci yarısı Təl-Əviv balet qrupunun çıxışı izlənildi. Öz məharətli ifası ilə dünyaya səs salan bu qrup “Yeddi gözəl” baletini nümayiş etdirərək Azərbaycan tamaşaçılarına və xarici ölkələrdən Qəbələyə gəlmiş turistlərə unudulmaz anlar bəxş edib. Konsertdə, eləcə də muğamlar və Avropa bəstəkarlarının əsərlərindən parçalar səsləndirilib.
Musiqi axşamında Əməkdar Artist, Azərbaycan Milli Konservatoriyasının baş müəllimi, istedadlı tarzən Sahib Paşazadə, tanınmış israilli vokal ifaçısı xanım Mira Avad, Artur Rubinşteyn Cəmiyyətinin mükafatına layiq görülmüş israilli pianoçu Gil Şohat, istedadlı mərakeşli gitaraçı Mark Kakon çıxış etdilər.

Keçidlər