Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Yohannesburq Simfonik Orkestrinin konserti maraqla qarşılanıb.

27 iyul 2014 | 06:00

VI Qəbələ Beynəlxalq Musiqi Festivalı uğurla davam edir.
Qəbələ şəhərindəki “Qafqaz Resort” hotelinin kamera zalında keçirilən növbəti konsertdə görkəmli Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səslənib.
Kamera musiqisi axşamında müxtəlif nüfuzlu festivalların iştirakçısı, beynəlxalq müsabiqələr laureatı gənc pianoçu Müşfiq Quliyev və vokalçı Azər Rzazadə Moris Ravel, Françesko Paolo Tosti, eləcə də Üzeyir Hacıbəyli, Tofiq Quliyev, Fərhad Bədəlbəyli və digər bəstəkarların əsərlərini təqdim ediblər.
Daha sonra festivalın proqramına uyğun olaraq acıq hava şəraitində Yohannesburq Simfonik Orkestrinin konserti olub. Xalq Artisti, “Şöhrət” ordenli, Prezident təqaüdçüsü Rauf Abdullayevin dirijorluğu ilə keçirilən konsertdə Yohannesburq Simfonik Orkestri Avropa bəstəkarlarının əsərlərindən parçalar səsləndirib.
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının direktoru, Xalq Artisti, tanınmış pianoçu Murad Adıgözəlzadə orkestrin müşayiəti ilə Ludviq Van Betxoven, İohan Brams və digər bəstəkarların əsərləri tamaşaçılar tərəfindən yüksək alqışlarla qarşılanıb.

Keçidlər