Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Xalq teatrının təqdimatında İ.B.Qutqaşınlının “Rəşid Bəy və Səadət xanım” əsəri nümayiş olunmuşdur.

21 iyul 2014 | 03:00

“Qəbələ Azərbaycanın Əfsanələr Paytaxtı 2014” proqramı çərçivəsində  rayonda mədəni kütləvi tədbirlərin keçirilməsi davam etdirilir.
Belə tədbirlərdən biri Qəbələ rayon Mədəniyyət Mərkəzində fəaliyyət göstərən  İ.B.Qutqaşınlı adına xalq teatrının təqdimatında,  İ.B.Qutqaşınlının yaradıcılığının şah əsəri olan “Rəşid Bəy və Səadət xanım” əsəri teatr sevənlərə təqdim olunmuşdur.
Çətin səhnə həlli olan əsər yaradıcı heyət tərəfindən uğurla səhnələşdirilmişdir.
Personajların daxili gərginliyi, hiss və həyəcanları aktyorlar tərəfindən məharətlə oynanılmışdır.  
Tamaşanın quruluşçu rejissoru Füzuli Sərkərov, rəssamı Malik Ağayev, işıqçı Süleyman Yaqubovdur.
Rəşid Bəy rolunda Xəyal Gəncimov, Səadət xanım rolunda Şahanə Vəlizadə, Əziz rolunda Ruhib Rəşidov, Şamah rolunda isə Leyla Zakirova çıxış etmişdir.
Tamaşa rayon ictimaiyyəti tərəfindən yüksək alqışlarla qarşılanmışdır.

Keçidlər