Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Gənclər Yeni Azərbaycan Partiyasının sıralarına qəbul olunmuşdur.

16 aprel 2014 | 15:00

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü tədbirləri çərçivəsində Qəbələ Turizm və Otelçilik Üzrə Peşə Tədris Mərkəzində Yeni Azərbaycan Partiyası sıralarına qəbul olunmuş gənclərə təntənəli şəkildə üzvlük biletlərinin verilməsi mərasimi keçirilmişdir.
YAP Qəbələ Rayon Təşkilatı sədrinin müavini, rayon təşkilatının aparatı rəhbəri Elçin Tağıyev Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətləri, Yeni Azərbaycan Partiyasının yaranmasındakı böyük rolu, eləcə də partiyanın keçdiyi tarixi inkişaf yolu barədə tədbir iştirakçılarına geniş məlumat vermişdir.
Sonra YAP sıralarına yeni qəbul olunmuş müəllim, işçi və tələbələrə üzvlük biletləri təqdim olunmuşdur.

Keçidlər