Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Vətən müharibəsi şəhidi Rüstəm Atakişiyevin doğum günü münasibətilə xatirəsi anılmışdır

25 dekabr 2021 | 07:00

Bu gün 44 günlük Vətən müharibəsində canından, qanından keçən igid Vətən oğullarından biri- Tüntül kənd sakini, şəhid Atakişiyev Rüstəm Zahid oğlunun doğum günüdür. Rayon icra hakimiyyətinin, təhsil şöbəsinin əməkdaşları, şəhidin  təhsil aldığı kənd məktəbinin kollektivi və ailə üzvləri şəhid Rüstəm Atakişiyevin məzarını ziyarət etmiş, xatirəsini böyük ehtiramla anaraq məzarı üzərinə gül dəstələri qoymuş, ruhuna dualar oxunmuşdur. Şəhidin valideynləri şəhid  ailələrinə  göstərilən diqqət və qayğıya görə  Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirmişlər.

Keçidlər