Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

YAP Qəbələ rayon təşkilatında “Azərbaycan son 18 ildə” mövzusunda onlayn konfrans keçirilmişdir

23 dekabr 2021 | 16:00

Dekabrın 23-də YAP Qəbələ rayon təşkilatının təşkilatçılığı ilə «Azərbaycan son 18 ildə» adlı onlayn tədbir keçirilmişdir. Tədbirdə rayonun partiya fəalları və ərazi ilk təşkilatlarının sədrləri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan YAP  Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev ötən 18 ildə sosial iqtisadi, hərbi-siyasi sahədə böyük yeniliklər etməklə ölkəmizi dünyanın nüfuzlu ölkələri sırasına çıxarmışdır. Bu illərdə dövlət başçısı hər bir vətəndaşımızın maraqlarını müdafiə etmiş, hər bir azərbaycanlının Prezidenti olduğunu dəfələrlə sübuta yetirmişdir. O, ümummilli lider Heydər Əliyevin müqəddəs ideyalarını daha da inkişaf etdirərək uğurlu daxili və xarici siyasət həyata keçirir. Bunun nəticəsində Azərbaycan müstəqil dövlət olaraq daha da güclənir, dünya miqyasında söz sahibi olan dövlətə çevrilir. 30 il həsrətində olduğumuz torpaqlarımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Ordumuz tərəfindən 44 günlük Vətən Müharibəsində qazanılan Zəfər nəticəsində erməni işğalından azad olundu, ərazi bütövlüyümüz bərpa edildi.
Azərbaycanın qələbəsi ilə Cənubi Qafqazda yeni siyasi və iqtisadi vəziyyət yarandı və bu, dünya dövlətləri tərəfindən qəbul edilir. Cənab İlham Əliyevin apardığı siyasətin mərkəzində Azərbaycan vətəndaşları, onların maraqları dayanır. Azərbaycan dövləti bundan sonra da inkişaf edəcək, uğurları çoxalacaq.
Məruzə ətrafında çıxış edən partiya fəalları Prezident İlham Əliyevin 18 illik qətiyyətli və ləyaqətli siyasi fəaliyyətindən danışmış, əldə edlən nailiyyətlərdən söz açmışlar.

Keçidlər