Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Qəbələ Rayon Şöbəsinin əməkdaşları xidmətin yaranmasının ildönümünü qeyd etmişlər.

14 fevral 2014 | 09:00

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ Rayon Şöbəsinin əməkdaşları xidmətin yaranmasının ikinci ildönümü münasibəti ilə Ulu öndər Heydər Əliyevin adını daşıyan parka gəlmiş, ümummilli liderin abidəsi önünə gül dəstələri qoymuşlar.
Tədbir xidmətin inzibati binasında davam etdirilmişdir. Xidmətin rəisi əvəzi mayor Hüseyn Quliyev çıxış edərək ölkə Prezidenti cənab İlham Əliyevin “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə imzaladığı 13 fevral 2012-ci il tarixli Fərmana əsasən şəhər və rayonlarda  hərbi komissarlıqların ləğv edilərək Səfərbərlik və Hərbi Xidmətə Çağırış  üzrə Dövlət Xidmətinin yaradılmasının ordu quruculuğunda aparılan islahatların uğurla davam etdirilməsinin bariz nümunəsi olduğunu diqqətə çatdırmış və bu sahədə  çalışan hər bir zabitdən öz işinə ciddi məsuliyyət tələb etdiyini vurğulamışdır. Hüseyn Quliyev xidmətə olan dövlət qayğısının yüksək nümunəsi kimi Qəbələ rayonunda xidmətin rayon şöbəsinə yeni inzibati binanın inşa edilıdiyini diqqətə çatdırmış və xidmətin əməkdaşlarına işlərində uğurlar arzulamışdır.

Keçidlər