Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ Uşaq Reabilitasiya Mərkəzinin açılışı olmuşdur

04 dekabr 2021 | 10:00

03 dekabr 2021-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində fəaliyyət göstərən Qəbələ Uşaq Reabilitasiya Mərkəzinin açılışı olmuşdur. Açılışda iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və Qəbələ Rayon İcra Hakimiyyəti Başçısı əvvəlcə ulu öndərin rayonun mərkəzində yerləşən abidəsini ziyarət edərək önünə gül dəstələri düzmüş dahi rəhbərin əziz xatirəsini ehtiramla yad etmişlər. Sonra tədbir iştirakçıları Qəbələ Uşaq Reabilitasiya Mərkəzinə gələrək Mərkəzlə tanış olmuşlar.
ƏƏSM naziri Sahil Babayev mərkəzin tibbi heyəti qarşısında çıxış edərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində fəaliyyət göstərən Qəbələ Uşaq Reabilitasiya Mərkəzinin sağlamlıq imkanları məhdud uşaqların tibbi, sosial, tədris-peşə reabilitasiyasını həyata keçirdiyini, Mərkəzin məqsədinin isə tibbi, sosial, tədris-peşə reabilitasiya tədbirlərinin aparılması yolu ilə sağlamlıq imkanları məhdud uşaqların sosial stasunun bərpa edilməsini və onların cəmiyyətə inteqrasiyasını təmin etmək olduğunu bildirmişdir.
Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev ölkəmizdə uşaqlara, o cümlədən sağlamlıq imkanları məhdud uşaqlara qayğı göstərilməsi sahəsində mühüm işlərin aparıldığını vurğulayıb. O, Qəbələdə belə bir mərkəzin yaradılmasının bölgədə sağlamlıq imkanları məhdud uşaqların reabilitasiya xidmətləri ilə təminatına mühüm bir dəstək olduğunu bildirib.
Sonra Uşaq Reabilitasiya Mərkəzində yaradılmış şəraitə baxış olub.

Keçidlər