Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ rayonunda Vətən müharibəsi şəhidi Rüstəm Atakişiyevin ildönümü qeyd edilib

24 oktyabr 2021 | 04:00

44 günlük Vətən Müharibəsi şəhidi- Qəbələ rayonu Tüntül kənd sakini Atakişiyev Rüstəm Zahid oğlunun şəhidlik zirvəsinə ucalmasının ildönümü münasibətilə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və şəhidin təhsil aldığı məktəbin kollektivi onun məzarını ziyarət edərək, üzərinə gül dəstələri qoymuş, xatirəsi anılaraq, ruhuna dualar oxunmuşdur. Həmçinin Rüstəm Atakişiyevin xatirəsini əbədiləşdirmək üçün Tüntül kəndində ucaldılmış bulaq kompleksinin açılışı olmuşdur.  Mərasim iştirakçıları şəhidin ailəsini evlərində ziyarət etmişlər. Şəhidin ailə üzvləri dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

Keçidlər