Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ gəncləri “Bizdən sonra siz” layihəsi çərçivəsində arıçılıq təsərrüfatı ilə tanış olmuşlar

22 oktyabr 2021 | 16:00

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qəbələ nümayəndəliyi rayon gənclərinə növbəti layihəni təqdim edib. Layihə çərçivəsində müxtəlif sahələrdə təcrübə toplamış vəzifəli şəxslər və sahibkarların gənclərlə görüşünün təşkil edilməsi nəzərdə tutulub. Məqsəd həmin şəxslərin idarəçilikdə qazandıqları uğurları və öz karyera təcrübələrini gənclərlə bölüşməsidir. “Bizdən sonra siz” layihəsi çərçivəsində Qəbələ gəncləri Azərbaycan Arıçılar Assosiasiyasının Qəbələ rayon şöbəsinin rəhbəri Anar Məmmədovun arıçılıq təsərrüfatı ilə tanış olublar. Diskusiya şəklində həyata keçirilən layihədə gənclər öyrəndikləri bilikləri öz gələcək karyeralarında tətbiq edəcəklər. Məlumat üçün bildirək ki, “Bizdən sonra siz” layihəsi nümayəndəlik tərəfindən davamlı olaraq keçiriləcək.

Keçidlər