Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Nə, harda, nə vaxt?” İntellektual Oyunu üzrə məktəblər arasında rayon birinciliyi keçirilib

21 oktyabr 2021 | 16:00

21 oktyabr 2021-ci il tarixində Qəbələ rayon Təhsil şöbəsi, rayon gənclər və idman idarəsi  və İsmayıllı İntelektual Oyunlar Klubunun iştirakı ilə “Zəfər günü“nə həsr edilmiş “Regional Azərbaycan Klubu” layihəsi çərçivəsində “Nə, harda, nə vaxt?” İntellektual Oyunu üzrə məktəblər arasında rayon birinciliyi keçirilmişdir. Öncə Vətən müharibəsində canlarından keçərək “Zəfər günü”nün sevincini bizlərə bəxş etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə çıxış edənlər qarşıdan gələn “Zəfər günü” münasibətilə iştirakçıları təbrik edərək onlara uğurlar arzulamış və cənab Prezident İlham Əliyevin gənc nəslə xüsusi diqqət yetirdiyindən, onlara hər bir sahədə göstərilən qayğıdan və respublikada dövlət gənclər siyasətinin uğurlu inkişafından danışmışlar. “Nə, harda, nə vaxt?” İntellektual Oyununun keçirilməsində əsas məqsəd gənclərin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və elmin nüfuzunu artırmaq, Azərbaycanın zəngin milli mədəniyyətinin və tarixinin təbliği, eləcə də gənclərin asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdən ibarətdir. Rayon birinciliyində yaşı 17-dək olan 8 komandadan ibarət yeniyetmələr öz bilik-bacarıqlarını və intellektual səviyyələrini sınamışlar. Yarışın yekununda Nohurqışlaq kənd tam orta məktəbin komandası I yer, Vəndam qəsəbə 1 saylı  tam orta məktəbin komandası II yer və Qəbələ şəhər 5 saylı tam orta məktəbin komandası III yerə çıxmışdır. I yerin qalibi Nohurqışlaq kənd tam orta məktəbin komandası Respublika turuna vəsiqə qazanmışdır.

Keçidlər