Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Şəhid hərbi həkim Ənvərli Aqşin Faiq oğlunun anım günü qeyd olunub

09 oktyabr 2021 | 16:00

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan hərbi həkim, baş leytenant Aqşin Ənvərlinin doğum günündə rayon icra hakimiyyətinin, idarə, müəssisə və təşkilatların nümayəndələri, şəhidin təhsil aldığı məktəbin kollektivi, ailə üzvləri onun məzarını ziyarət etmişlər. Aqşin Ənvərlinin xatirəsi sonsuz ehtiramla anılmış, məzarı üzərinə gül dəstələri qoyularaq, ruhuna dualar oxunmuşdur.  Anım mərasiminin iştirakçıları Aqşin Ənvərlinin həyat yolundan danışmış, vətənimizin azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin əbədi ehtirama layiq olduqlarını qeyd etmişlər. Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razılıqlarını ifadə edərək ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.

Keçidlər