Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Dünya Məktəblilərinin İdman Oyunlarında bürünc medal qazanmış Hüseyn Eyvazlı ilə görüş keçirilmişdir

09 oktyabr 2021 | 04:00

08.10.2021-ci il tarixdə Qəbələ Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Çempionumuz” sosial idman layihəsi çərçivəsində cüdo üzrə Dünya Məktəblilərinin İdman Oyunlarında bürünc medal qazanmış Eyvazlı Hüseyn Ceyhun oğlu ilə gənclərin görüşü keçirilmişdir. Görüçün keçirilməsində məqsəd yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin və idmanın təbliğ edilməsi, nailiyyət qazanmış idmançıları cəmiyyətə tanıtmaq, bədən tərbiyəsi və idman sahəsində maarifləndirmə işlərinin genişləndirilməsidir. Tədbirdə çıxış edənlər Azərbaycanda idmana göstərilən dövlət qayğısından, idmanın maddi-texniki bazasının ildən-ilə möhkəmləndirilməsi  nəticəsində əldə edilən nailliyyətlərdən danışmışlar. Hüseyn Eyvazlı isə tədbir iştirakçılarına “Qəbələ” İdman Klubunun cüdo bölməsində kiçik yaşlarından məşğul olmasından və idman həyatındakı nailiyyətlərdən söz açmışdır. Görüşün sonunda iştirakçıların sualları cavablandırılmış və xatirə şəkli çəkdirilmişdir.

Keçidlər