Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Vətən müharibəsi şəhidi Cəlilov Tural Cəllad oğlunun şəhidlik zirvəsinə ucalmasından 1 il ötür

07 oktyabr 2021 | 16:00

44 gün davam edən və zəfərlə nəticələnən Vətən müharibəsində qəhrəmanlıq dastanı yazan oğullardan biri -Yeni Dizaxlı kənd sakini Cəlilov Tural Cəllad oğlunun şəhadətə qovuşmasının ildönümü münasibətilə rayon ictimaiyyətinin nümayəndələri şəhidin məzarını ziyarət etmişlər. Rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və şəhidin təhsil aldığı məktəbin kollektivi onun məzarını ziyarət edərək üzərinə gül dəstələri qoymuş, xatirəsi anılaraq, ruhuna dualar oxunmuş və şəhidin ailəsi evlərində ziyarət edilmişdir. Şəhidin ailə üzvləri dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.

Keçidlər