Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Beynəlxalq müəllimlər günü münasibətilə tədbir keçirilmişdir

06 oktyabr 2021 | 10:00

5 oktyabr "Beynəlxalq Müəllimlər Günü" ilə əlaqədar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon şöbəsində "Qəhrəman müəllimlərimizlə qürur duyuruq" layihəsi çərçivəsində şagirdləri 44 günlük Vətən müharibəsinin Dəmir Yumruq əməliyyatında şücaət göstərmiş rayon ümumtəhsil məktəblərinin cağırışaqədərki hazırlıq rəhbərləri ilə görüş keçirilib. Görüşdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon şöbəsinin rəisi Anar Ağabəyov təhsil işçilərinin peşə bayramını təbrik edərək hər birinə peşə fəaliyyətlərində uğurlar arzulamışdır. Sonda Dövlət Xidmətinin Qəbələ rayon şöbəsi tərəfindən məktəblərin cağırışaqədərki hazırlıq rəhbərlərinə fəxri fərmanlar təqdim olunmuşdur.

Keçidlər