Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Şəhid Xeyirbəy Səfərçinovun anım günü qeyd edilmişdir

06 oktyabr 2021 | 04:00

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan şəhidlərimizdən biri - Yeni Dizaxlı kənd sakini Səfərçinov Xeyirbəy Cəlil oğlunun doğum günü qeyd edilib. Rayon icra hakimiyyətinin, təhsil şöbəsinin əməkdaşları, şəhidin təhsil aldığı məktəbin kollektivi, ictimaiyyət nümayəndələri və ailə üzvləri Xeyirbəy Səfərçinovun məzarını ziyarət etmiş, üzərinə gül dəstələri qoyaraq, xatirəsini ehtiramla yad etmiş, ruhuna dualar oxunmuşdur. Səfərçinov Xeyirbəy döyüşlərdəki igidliyinə görə ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib. Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər